Bəşəriyyətin sonu gəlir
Bizi izləyin

Sağlamlıq

Bəşəriyyətin sonu gəlir

Şimali Amerika, Avropa, Avstraliya və Yeni Zellandiyada 1973-2011-ci illərdə sperma sayı 50 faizdən çox azalıb.

Publika.az xəbər verir ki, bununla bağlı aparılan araşdırmaları təhlil edən alimlər bu qənətə gəlib.

185 tədqiqatı incələyən alimlərdən Hagai Levine nəticənin onları son dərəcə narahat etdiyini bildirib.

Qüdsün İbrani Universitetinin epidemiologiya üzrə mütəxəssisi H.Levie sperma sayının mövcud faizdə azalmasının insanlığın sonunu gətirə biləcəyi xəbərdarlığını edib. Bu araşdırmalar bu vaxta qədər aparılmış tədqiqatların ən böyüyüdür. Araşdırmaya görə, dörd bölgədə sperma sayında 52.4 faiz azalma qeydə alınıb.

Şimali Amerika, Asiya və Afrikada da sperma sayında azalma müşahidə edilir. Lakin sadalanan qitələrdə bu istiqamətdə çox az sayda araşdırma aparılıb.

Alimlər bu azalmanın səbəbini dəqiq müəyyən edə bilməsələr də, sellofan torbalar, böcək dərmanlarında istifadə edilən kimyəvi maddələr, siqaret, stress, hətta uzun müddət televizor qarşısında oturmanın da səbəb ola biləcəyini bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm