Kişi spermalarında 2 il yaşayan virus - DİQQƏTLİ OLUN
Bizi izləyin

Sağlamlıq

Kişi spermalarında 2 il yaşayan virus - DİQQƏTLİ OLUN

Ebola virusu geri döndü. 13 kişidən 11-də aşkarlanan virus ölkədə həyəcan təbili çaldırdı.

Publika.az xəbər verir ki, Şimali Karolina Universiteti, Ohayo ştatında yerləşən Klinik Tədqiqatlar Rəhbərliyi və Liberiyanın Elva xəstəxanasından olan alimlər 149 kişi üzərində araşdırma aparıb.

149 kişidən alınan spermaların incələnməsindən sonra 13 nəfərin ebola virusu daşıyıcı olduğu təsbit edilib. Alimlərin sözlərinə görə, virus spermanın tərkibində 2 il gizli şəkildə orqanizmdə mövcud ola bilir.

Virus daşıyıcıları olan kişilərdə görmə itiliyinin itirilməsi müşahidə olunub. Maraqlı məqamlardan biri də odur ki, nəticələri mənfi çıxan kişilər yaşca daha cavandırlar.

Dünya Səhiyyə Təşkilatı ötən il keçirdiyi araşdırmanı önə çəkərək, ebola virusunun cinsi əlaqə yolu ilə yayılmasının qarşısını almaq məqsədilə ciddi yoxlamalar tərtib etdiyini vurğulayıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm