• USD 1,7000 0,00% EUR 1,9479 -0,36%
    • GBP 2,2135 -0,60% RUB 0,0259 0,00%

Ayaqyalın gəzməyin 6 faydası

Ayaqyalın gəzməyin 6 faydası

İlk dəfə ABŞ-da meydana çıxan ayaqyalın gəzmək qısa müddətdə bütün dünyada dəb halını alıb.

Küçələrdə yatan evsiz insanlar istisna olmaqla, ayaqqabıdan imtina edən vətəndaşları ABŞ-da "barefuter" yəni "ayaqyalın" adlandırırlar. Onların ən bahalı ayaqqabıları belə almağa maddi imkanları var, lakin vətəndaşlar bu seçimlərinin səbəbini sağlamlıqlarını qorumaq istəmələri ilə izah ediblər.

Publika.az sizə Almaniya, Belçika, Hollandiya, İngiltərə və bir çox digər Avropa ölkələrində populyarlaşan ayaqyalın gəzməyin insan sağlamlığına olan faydalarını təqdim edir:

Xarici ölkələrdə "barefutert" insanlar üçün xüsusi parklar, gəzinti zolaqları salınıb. Yollara kiçik daşlar, təmiz yumuşaq qum tökülüb. Əhali ayaqyalın gəzintinin sağlamlıqlarına müsbət təsir etdiyini deyib. Onlar bunu ənənəvi tibb üsullarından biri kimi qəbul edirlər. Həm əyləncəli, həm də faydalı.

Pəncə altında çoxsaylı aktiv bioloji nöqtələr var ki, ayaqyalın gəzdikdə əsas orqan və sistemlərlə əlaqəli bu nöqtələr masaj olunur. Bu orqanizmdə immun sistemini möhkəmləndirir və daxili orqanların fəaliyyətini yaxşılaşdırır.

Aparılan araşdırmalar sübut edib ki, ayaqyalın gəzən insanların səhhətində aşağıdakı dəyişikliklər müşahidə olunur:

1. İmmun sistemi möhkəmlənir.

2. Stress və nevroz xəstələrində sinir sisteminin sakitləşməsinə kömək edir.

3. Ayaqlarda sümük və əzələ sisteminin möhkəmlənməsinə, qan dövranının sürətlənməsinə kömək edir və göbələk xəstəliklərinin yaranmasının qarşısını alır.

4. Yastıpəncəli uşaqlar üçün profilaktik müalicə rolu oynayır.

5. Ürək-damar xəstəliklərinin yaranmasının qarşısını alır.

6. Beyinin fəaliyyətini və yaddaşı gücləndirir.

Lakin bəzi xəstəliklər zamanı, xüsusilə şəkərli diabet xəstələri, böyrək xəstəliklərindən əziyyət çəkən insanlara ayaqyalın gəzmək tövsiyə edilmir.

Könül Cəfərli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>