Pornoqrafiyanın kişilərin həyatına təsiri
Bizi izləyin

Sağlamlıq

Pornoqrafiyanın kişilərin həyatına təsiri

Nebraska-Linkoln universitetindən olan amerikalı psixoloqlar pornoqrafiyaya baxan kişilərlə, onların davranışları arasında qanunauyğunluq aşkar ediblər.

Publika.az bildirir ki, alimlər öz rəylərini Amerika Psixoloqlar Assosiasiyasının 125-ci konfransı çərçivəsində təqdim ediblər.

Tədqiqat çərçivəsində Miduestern Universitetinin tələbələri arasından 17-54 yaş arası 330 nəfər seçilərək anonim sorğu keçirilib. Onlara “klassik kişi davranışları” stereotipi ilə bağlı 46 suala cavab vermək təklif olunub.

Tədqiqatçılar sorğunun nəticələrinə əsasən, qənaətə gəlirlər ki, kişinin ilk dəfə pornoqrafiyaya hansı yaşında baxması ilə onun sonrakı davranışları arasında qanunauyğunluq var. Məsələn, məlum olub ki, pornoqrafiya ilə erkən tanışlıq qadınlar üzərində hökm etmə meyllərinin formalaşmasını təşkil edir.

Nəhayət, kişilər arasında pornoqrafiyaya ilk baxışın orta yaşı 13.37 yaş təşkil edib. Alimlər öz gələcək tədqiqatlarında bir sıra göstəriciləri daha dəqiq izah etmək niyyətindədirlər.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm