İştahanı artırır, eyni zamanda arıqladır
Bizi izləyin

Sağlamlıq

İştahanı artırır, eyni zamanda arıqladır

Publika.az axşam.az-a istinadən qara gavalının bilmədiyiniz faydalarını sadalayır:


Bu meyvə uzun sürən qəbizlikdə, mədə qıcqımasında, aterosklekrozda, böyrək xəstəliyində və revmatizmdə istifadə edilir.

O, iştaha artıran, mədə ağrısını kəsən və sidikqovucu kimi işlədilir.

Qara gavalının həlimi və kompotu gözəl yüngül işlədici vasitədir. Səhər acqarına yeyilməsi məsləhətdir.

Bundan başqa, bu meyvə kalium, natrium, kalsium, maqnezium, fosfor, mis, manqan, sink, xrom, yod və ftorla zəngindir. Yatmazdan qabaq 5-6 ədəd qara gavalı yemək, işlədici kimi təsir göstərir. Qara gavalını yeməzdən əvvəl üstünə qaynar su tökmək lazımdır. Onu qaynatmaq və şirinləşdirmək olmaz.

Bel ağrısı zamanı gavalının tumunun özəyindən 25 ədəd, 250 ml arağa töküb, 7 gün saxlanılılr, hazır olduqda ağrıyan yerə sürtülür.

O, ateroskleroz, hipertoniya və böyrək xəstəliklərində vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Qara gavalıdan dəmlənmişi ödqovucu, yüngül işlədici və ümumi möhkəmləndirici kimi istifadə edilir. Sümüklərin möhkəmliyini saxlamaq üçün, xüsusilə yaşlı və uşaqlar quru gavalı yeməlidir.

Ürək üçün də qara gavalı çox xeyirlidir.

Həmçinin gavalı arıqladır, eyni zamanda xərçəng xəstəliyinin qarşısını alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm