Təmizlik vasitəsindən istifadə etdi və ... - DƏHŞƏTLİ FAKT
Bizi izləyin

Sağlamlıq

Təmizlik vasitəsindən istifadə etdi və ... - DƏHŞƏTLİ FAKT

65 yaşlı Los Anceles sakini Yeva Eçeverri məşhur “Johnson & Johnson" şirkətini məhkəməyə verib. Xanım Eçeverri iddia edir ki, xəstəliyinin səbəbi "Johnsonʼs Baby Powder" adlı uşaq tozudur. O hələ gənc yaşlarından bu tozdan gigiyenik vasitə kimi istifadə edib.

Publika.az xəbər verir ki,10 il bundan əvvəl Yevanın yumurtalıqlarında xərçəng xəstəliyi aşkarlanır. O isə bunun səbəbini 1950-ci ildən bəri istifadə etdiyi adıgedən şirkətin tozunda görür. Xəstəliyə düçar olmuş qadın uşaqların istifadəsi üçün nəzərdə tutulmuş bir vasitənin bu qədər qorxulu olacağına inana bilmir. Maraqlıdır ki, bu qədər məşhur şirkət də öz alıcılarını təhlükədən xəbərdar etməyib.

Şirkətin rəhbəri isə bütün məhsulların tibbi yoxlanışdan keçdiyini və alıcılar üzərində heç bir mənfi təsirinin olmadığını vurğulayır.

Lakin məhkəmə şirkətin əleyhinə qərar verib, “Johnson & Johnson" rəhbərliyi zərərçəkənə 417 min dollar ödəmək məcburiyyətindədir.

Xatırladaq ki, bu, şirkətin başına gələn ilk xoşagəlməz hadisə deyil.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm