Amerikalı alimlərdən XƏBƏRDARLIQ: “Ağıl dişlərini çəkdirməyin” – Nəticə sizi TƏƏCCÜBLƏNDİRƏCƏK
Bizi izləyin

Sağlamlıq

Amerikalı alimlərdən XƏBƏRDARLIQ: “Ağıl dişlərini çəkdirməyin” – Nəticə sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

Amerikalı alimlər iddia edib ki, ağıl dişlərini çıxartmaq lazım deyil! Əldə olunan nəticə hər kəsi təəccübləndirəcək.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, stomatoloqların əksəriyyəti ağıl dişlərinin lazım olmadığını əsas gətirərək onları çəkdirməyi məsləhət görür. Bəs onlar haqlıdır?

Ağıl dişləri ağız boşluğunun ən uzaq nöqtəsində yerləşir. Onlar yeniyetmə yaşının sonunda və ya 20 yaşlarda çıxmağa başlayır. Stomatoloqların ağıl dişlərinin bəzi xəstəliklər yarada biləcəyi ilə bağlı fərziyyələri özünü doğrultmayıb.

Doktor Ueston Prays ağız boşluğunun xəstəlikləri və sağlamlığı haqqında uzun illər tədqiqatlar aparıb. Uzun araşdırmalardan sonra həkim bu qənaətə gəlib ki, dişlərin sağlamlığı bizim qida qəbulumuzla sıx bağlıdır. Əgər inkişaf zamanı kifayət qədər qida maddələri qəbul etsəniz, onda bütün dişləriniz sağlam olacaq!

Həkin onu da aşkar edib ki, faydalı məhsullarla qidalanan qəbilələrin dişləri daha möhkəm olur. Lakin onlara şəkər və ağ un verdikdən sonra dişlərinin sürətlə pisləşməsini müşahidə edib.

Doktor Cey Fridman deyir ki, ağıl dişlərini çəkdirməyə ehtiyac yoxdur və bu zaman insan özünü çox yaxşı hiss edir. Dişlər bədənlə əlaqdə olan canlı orqanlardır. Ənənəvi Çin təbabəti isə göstərir ki, dişlər fəqərələr, oynaqlarla, endokrin vəzilərlə əlaqəlidir. Məsələn, ağıl dişləri nazik bağırsaqla və hipofizin ön hissəsi ilə bağlıdır.

Faktlara əsasən sinirlərin 46%-i ağız və üzlə birbaşa bağlıdır. Diş çəkdirmək yayılmış prosedur olsa da, kifayət qədər təhlükəli ola bilər. Odur ki, ağıl dişlərini çəkdirdiyimiz zaman sağlamlığımız üçün ciddi təhlükə yaratması qaçılmazdır. Bir çox insanın ağıl dişlərini çəkdirdikdən sonra arabir ağrılar hiss etdiyini nəzərə alsaq, bu, fakt bir daha öz təsdiqini tapır.

Əgər dişlərinizlə bağlı güclü ağrı və ya səhhətinizdə ciddi problemlər varsa, həkimə müraciət etməyi tövsiyə edirik. Özünü müaliacə sağlamlığınız üçün zərərli ola bilər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm