Sağlamlıq
Südün əvəzediciləri nə dərəcədə təhlükəlidir? – ALİM RƏYİ
Tədqiqatlara əsasən, süd məhsullarının əvəzediciləri xüsusilə hamilə qadınlara ziyanlıdır.
Publika.az xəbər verir ki, ingilis alimlərinin son rəyinə görə, süd məhsullarının əvəzedicilərini istifadə etməyə üstünlük verən insanlar orqanizmlərində yodun defisiti ilə üzləşirlər.
Xüsusi olaraq bu, soya, badam, kokos fındığı, yulaf və başqa komponentlər əsasında hazırlanmış məhsullara aiddir.
Alimlər ümumi olaraq, süd əvəzedicilərinin 47 nümunəsini tədqiq ediblər. Tədqiqata əsasən, belə məhsullarda yodun konsentrasiya miqdarı inək südü ilə müqayisədə cəmi 2% təşkil edir.
Bu halda vurğulanır ki, insan orqanizmi üçün yod əvəzolunmazdır, axı məhz o, qalxanvarı vəzin hormonlarını yaratmağa kömək edir və hamilə qadınlarda uşaq dölünün normal inkişafını təmin edir. Bu səbəbdən süd məhsullarının əvəzediciləri südə qarşı alternativ hesab edilə bilməz, - deyə alimlər bildirir.
Süd içməyən, laktozaya qarşı dözülməzliyi olan insanlara isə, tədqiqatçılar yod təminatını dəniz məhsullarında axtarmağı məsləhət görürlər.
Zaur H.
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR