Şəkər sinir sistemini sıradan çıxarır - İDDİA
Bizi izləyin

Sağlamlıq

Şəkər sinir sistemini sıradan çıxarır - İDDİA

Kanadanın Quelf universitetinin alimləri təmizlənmiş şəkər məhsullarının (qənd, şəkər tozu) insan orqanizmində, xüsusilə də uşaqlarda mərkəzi sinir sistemini sıradan çıxaran xüsusiyyətə malik olduğunu iddia ediblər.

Publika.az xəbər verir ki, bu barədə "Science Alert" məlumat yayıb.

Aparılan tədqiqatlarda iştirak edən psixoloq Françesko Lerinin (Francesco Leri) sözlərinə görə, şəkər (qənd halında) narkotik maddələrə oxşar asılılıq yaradır. Belə ki, gün ərzində şəkərdən çox istifadə edən insanların beynində mərkəzi sinir sisteminin fəaliyyəti normadan artıq aktivləşir və nəticədə güclü ağrılara səbəb olur. Ağrıkəsicilərin tərkibində isə zəif və güclü narkotik (opioid) mövcuddur. Mərkəzi sinir sistemində yaranan dəyişikliklər insanları tez-tez ağrıkəsicilərdən və bununla da narkotikdən istifadə etməsinə gətirib çıxarır.

Bu səbəbdən alimlər təmizlənmiş şəkəri narkotik adlandırır və mümkün qədər az istifadə olunmasını tövsiyyə edir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm