Sağlamlıq
Qadın orqanizmi idman üçün idealdır
Alimlər belə qənaətə gəliblər ki, kişi orqanizmi ilə müqayisədə qadın orqanizmi təbiətən daha yaxşı idman formasında olur. Buna səbəb ümumi vəziyyətin göstəriciləri – oksigenin daha sürətlə udulması və əzələ yorğunluğu riskinin aşağı olmasıdır. Bundan əlavə, qadın bədəninə daxil olan oksigen kişi orqanizmi ilə müqayisədə 30 faiz daha effektiv sərf edilir.
Publika.az xəbər verir ki, Vaterloo Universitetinin professoru Riçard Hyusonun sözlərinə görə, qadın əzələləri qandan oksigeni daha tez ayırır ki, bu da qadınların aerob sisteminin daha mükəmməl olmasından xəbər verir.
Bu, 18 sağlam fəal könüllü üzərində aparılan təcrübə zamanı aşkar edilib (qadın və kişilərin nisbəti 50/50). Bütün könüllülər çox da çətin olmayan tapşırığı - idman “cığırında” qaçışı yerinə yetiriblər.
Bu müddət ərzində alimlər ürək döyüntülərinin tezliyini və toxumalarda oksigenin miqdarını, həmçinin vena və arteriya damarlarındakı qanın oksigen konsentrasiyasının fərqini qiymətləndiriblər. Məlum olub ki, məşq zamanı qadınların bədənində oksigen kişilərə nisbətən daha tez udulur. Bu onu göstərir ki, qadınlarda əzələlər daha az yorulur. Ola bilsin ki, qadınlar üçün məşq rejiminə yenidən baxmaq barədə düşünməyə dəyər. (Azərtac)
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!