Sağlamlıq
Qış aylarında bu dərmanlardan İSTİFADƏ ETMƏYİN!
Türk Gepatologiya Dərnəyi İdarə Heyətinin üzvü professor Orxan Sezgin soyuq havada bəzi dərmanların istifadəsinin mənfi nəticələrə gətirib çıxaracağı qənaətindədir.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkim ağrıkəsici dərmanların mədə və bağırsaqlara zərər verdiyini bildirib. Bəs mədəyə zərər verən dərmanları istifadə edərkən nələrə diqqət etməli?
Qış aylarında soyuqdəymə, iltihablaşma və qrip kimi xəstəliklərin tez sağalması üçün bəzi dərmanlardan istifadə etmək məcburiyyətində qalırıq.
Sezgin bildirib ki, mövsüm dəyişikliyi ilə əlaqədar olaraq çox isti havalarda ürək-damar xəstəlikləri və hipertoniya kimi problemlər, soyuq aylarda isə əsasən alt və üst tənəffüs sistemi xəstəlikləri şiddətlənir:
"Bahar aylarında mədə və bağırsaq şikayətləri, mədə pozğunluğu və qarın ağrısı problemlərinin artdığını daha çox müşahidə edirik. Bu problemlərin artmasına təsir edən amillər dəqiq bilinməsə də, iqlim dəyişikliyi nəticəsində baş verən təzyiq və ya qidalanma dəyişiklikləri ola bilər.
Orqanizmə təsir edən digər amil isə havaların soyuması ilə ağrı kəsici və qızdırma əleyhinə dərmanlardan istifadənin artmasıdır. Bu məqsədlə ən çox istifadə edilən Non-steroid anti-inflamatuar adlanan revmatizm dərmanları mədə və bağırsaqlara ziyan verə bilmək potensialına malikdir. Bu dərmanların reseptsiz, həddindən artıq istifadəsi mədə və on iki barmaq bağırsağında xora inkişafına, qanaxmaya və ya deşilmə kimi ciddi sağlamlıq problemlərinin yaranmasına səbəb olur".
Professorun sözlərinə görə, havalar soyuyanda lazımsız ağrı kəsici və revmatizm dərmanlarının istifadəsindən uzaq durmaq və onları həkim nəzarəti altında istifadə etmək lazımdır.
Aytən
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO