Sağlamlıq
Bədəninizdə iri xal varsa, bu xəstəliyin əlaməti ola bilər - DİQQƏT
Alimlər xərçəng xəstəliyinin dörd ən geniş yayılmış növünün (prostat vəzi, süd vəzi, ağciyər və bağırsaq xərçəngi) aşkarlanmasına imkan verən süni indikator yaradıblar.
Publika.az-ın məlumatına görə,İsveçrədən olan bir qrup alim uzun sürən araşdırmalar nəticəsində aşkar ediblər ki, dərinin implantasiya edilmiş hissəsindəki süni xal orqanizmdəki xəstəlik əlamətləri yaranan zaman formalaşmağa başlayır.
Belə ki, süni dəri modifikasiya edilmiş hüceyrələrdən hazırlanıb
və pasiyentin orqanizminə implantasiya olunur. Xalın formalaşma
prosesi isə orqanizmdə olan melanin piqmentinin artması ilə əmələ
gəlir. Melanin əmələ gətirən hüceyrələrə melanosit deyilir. Bu
piqment insan dərisinə, saçlara, gözə, mərkəzi sinir sisteminin
müəyyən hissələrinə tünd rəng verir. Ümumilikdə isə insan
oqranizmində qoruma xarakteri daşıyır. Qanda kalsium miqdarının çox
olması piqmentin tündlüyünü artıqmağa başlayır ki, bu isə bir sıra
xərçəng növlərinin erkən mərhələsindən xəbər verir. Alimlər qeyd
edir ki, insan bədənənində rast gəlinən iri xallar minlərlə insan
həyatını xilas edə biləcək xəbərdarlıq əlamətləridir.
Alimlərin heyvanlar üzərində apardığı uğurlu test sınaqlarını 5-10
ildən sonra insanlar üzərində də keçiriləcəyinə ümid edirlər. 10-15
il sonra səhiyyə sistemində yaranacaq yeni texnologiyaların bu
araşdırmaları daha da sürətləndirəcəyinə inanırlar. Xərçəng
xəstəliyinin əksər növlərinin vaxtında, hələ ilkin mərhələdə
aşkarlanması həyati əhəmiyyət daşıyır: erkən mərhələdə aşkarlanan
süd vəzi xərçəngi olan qadınların 90 faizindən çoxunun ömrü 5 il
uzadıla bilir.
Könül Cəfərli
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO