Dəniz suyunun qulaq-burun-boğaz xəstəliklərinin müalicəsində ROLU
Bizi izləyin

Sağlamlıq

Dəniz suyunun qulaq-burun-boğaz xəstəliklərinin müalicəsində ROLU

Qulaq-burun-boğaz həkimi, türkiyəli professor Cağatay Oysu dəniz suyunun sinusit və xroniki rinosinüzit xəstəliklərinin müalicəsində təsirindən danışıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkimin sözlərinə görə, dəniz suyu müalicəsi Hippokrat dövründə "Thalasso" terapiya adlandırılan üsula söykənir. Cağatay Oysu onu da bildirib ki, dəniz suyu yalnız qulaq-burun-boğaz deyil, dəri, ürək qan dövranı pozulması və psixoloji xəstəliklərdə müalicəsində müsbət təsirə malikdir:

“Dəniz suyu terapiyası uzun illərdir ki, tətbiq olunmurdu. Təxminən son 10 ildir ki, dəniz suyu qulaq-burun-boğaz müalicəsində istifadə edilməyə başlanılıb. Son dövrlərdə inkişafının səbəbini bəlkə də endoskopik sinus cərrahiyyə əməliyyatı ilə bağlıdır. Bu cərrahi əməliyyatdan sonra burunda qabıqlar meydana gəlir və bu qabıqların burundan uzaqlaşdırılması lazımdır. O zaman da dəniz suyu məhluluna ehtiyac duyulur".

Keçmişdə bu müalicələrin duzlu suyla həyata keçirildiyini, daha sonra dəniz suyu preparatlarının buraxıldığını deyən həkim sözlərinə belə davam edib:

“Dəniz suyu müalicəsinə sinusit və xroniki rinosinüzit xəstəliklərində tez-tez üstünlük verilir. Dəniz suyu ilə iki tip müalicə tətbiq olunur. Birincisi, antibiotiklə bakteriyaların məhv edilməsi, ikincisi isə, bakteriyaların, iltihabı, özəklərin və ya ifrazat mexaniki olaraq uzaqlaşdırılması. Hətta burada da duzluluğu daha çox olan dəniz suyuna üstünlük verilir. Sprey kimi və ya məhlul şəklində istifadə edilən dəniz suyunun ən əsas xüsusiyyəti bakteriyaların yaratdığı qabıq və iltihab artıqlarını uzaqlaşdırmaqdır. Dəniz suyunun xüsusiyyətlərindən biri də odur ki, burun içərisindəki toxumalardan artıq olan suyu çəkərək infeksiya nəticəsində meydana gələn şişi qismən azaldır və nəfəs almaq üçün yer açır.

Həmçinin dəniz suyu mexaniki olaraq da bakteriyaların sayını azaldır, burun içərisindəki tüklü hüceyrələrin funksiyalarına müsbət istiqamətdə təsir edir. Burun içi incə tüklərin olduğu seliklə əhatə olunub və bu tüklərin burundakı ifrazatları süpürmə xüsusiyyəti var. Allergiya və infeksiyalar bu tüklərin öz xüsusiyyətlərini itirməsinə səbəb olur. Duzlu su isə onun funksiyalarını bərpa edir”.

Mütəxəssis onu da əlavə edib ki, dəniz suyu mövsümlə əlaqəli olaraq əmələ gələn allergik rinitin bəzi tipləri üçün faydalıdır:

"Tozcuq kimi allergiyalardan dolayı burun içərisində selikli qişa yığılır. Bu da xəstələrin həm nəfəs almasını, həm də allergiyanı uzaqlaşdırmağı çətinləşdirir. Dəniz suyu bunun üçün də uyğun bir müalicədir”.

Professor bildirib ki, dəniz suyu hazır duzlu su preparatlarından içərisində selen, vanadium, yod kimi əsər elementlər olması ilə fərqlənir:

“Evdə hazırlanan suların içərisindəki duz və natriumun miqdarının tənzimlənməsi mümkün deyil. Duzluluq nə çox, nə də az olmalıdır”.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm