Diş əti qanamalarından əziyyət çəkənlər üçün ən effektiv və asan YOLLAR
Bizi izləyin

Sağlamlıq

Diş əti qanamalarından əziyyət çəkənlər üçün ən effektiv və asan YOLLAR

Diş əti qanaması tez-tez rast gəlinən və olduqca narahatlıq verən bir durumdur. Diş ətinin qanaması diş əti iltihabının ən önəmli simptomudur. Bunun ilkin səbəbi isə mikrobial diş örtüyüdür. Dovru fırçalama və digər təmizliklərə riayət edilməməsi üzündən bakteriyalar dişə yapşır və zamanla çirk örtüyü əmələ gəlir. Bu da diş daşına çevrilir.

Publika.az xəbər verir ki, diş əti qanamalarına təsir edən digər faktorlar isə siqaret, hormonal dəyişikliklər, stress, genetik faktorlar, diş sürtünməsi və sıxması vərdişi, şəkər xəstəliyi və yaxşı qidalanmamaqdır.

Əgər diş əti qanamalarına vaxtında müdaxilə edilməzsə, dişlərin sümükləri əriyər və laxtalanmağa, ən sonda dişlərin tökülməsinə səbəb olar. Diş əti qanaması həm də ağızda xoşagəlməz qoxunun ilkin səbəblərindəndir. Bu qanamaların qarşısını almağın tək yolu ağız boşluğunun gigiyenasına vaxtında və mütəmadi olaraq əməl etməkdir. Dişlərin gündə 2 dəfə fırçalanması, diş ipləri ilə aralarındakı məsamələrin təmizlənməsi və qidalanmağa diqqət edilməsi baxıma aiddir.

Əlavə olaraq, gündə 60 milliqram az C vitamini istifadə edənlərin gündə 180 milliqram C vitamini istifadə edənlərə nisbətdə diş əti iltihabına və qanamalarına məruz qalma ehtimalı daha yüksəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm