Əlləri qurudan cihazlardan qorunun - İnsan dərisinə TƏHLÜKƏLİ BAKTERİYALAR ÖTÜRÜR
Bizi izləyin

Sağlamlıq

Əlləri qurudan cihazlardan qorunun - İnsan dərisinə TƏHLÜKƏLİ BAKTERİYALAR ÖTÜRÜR

Fransa, İtaliya və Böyük Britaniyalı tədqiqatçıların beynəlxalq qrupu istirahət məkanlarında və digər yerlərdə tualetlərdə quraşdırılan əllər üçün quruducu cihazların insan sağlamlığı üçün təhlükəli mikroorqanizmlər yaydığını iddia edir.

Publika.az xəbər verir ki, alimlərin sözlərinə görə, bu qurğular xəstəxanaların, restoranların, şirkətlərin tualetlərində yerləşdirmək lazım deyil. Birbaşa insan dərisinə təmas edərək bakteriya ötürən bu cihaz sağlamlıq üçün ciddi təhlükədir.

Mütəxəssislər bu cihazı incələmək üçün 12 həftə ərzində bakterial çirkləndirmənin səviyyələrini ölçüblər. Cihazın öz üzərinə məkandan, kağız dəsmallar üçün dispenserdən, havadan, poldan və başqa səthlərdən mikrob götürür. Sonra bunu insanların əllərinə ötürür. İlkin məlumatlara görə, qızılı stafilokok, enterokokki və enterobakteriya, eləcə də bağırsaq çöplərinin yayılmasına səbəb ola bilir. Bütün bunlar əhəmiyyətsiz xəstəliklərə səbəb olaraq həyatı təhlükə yaradır.

Tədqiqatçılar kağız dəsmallardan istifadə etməyi məsləhət görür. Belə ki, kağız dəsmallar əldə olan mikrob və suyu öz canına çəkir.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm