Cinsəl pəhriz haqqında BİLMƏDİYİNİZ FAKTLAR: sən demə...
Bizi izləyin

Sağlamlıq

Cinsəl pəhriz haqqında BİLMƏDİYİNİZ FAKTLAR: sən demə...

Türkiyəli ginekoloq Emre Pabuçcu son illərdə xüsusilə texnoloji proseslərin inkişafı nəticəsində sonsuzluq probleminin aradan qalxdığını deyib. Lakin o, tibb mərkəzlərində bir neçə dəfə süni mayalanma etdirsə də, övlad sahibi ola bilməyən cütlükləri nəzərə alaraq yeni üsulların axtarışını davam etdirdiyini diqqətə çatdırıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ginekoloq Emre Pabuçcu bu barədə son vaxtlarda əldə edilmiş yeni nailiyyətlərdən danışıb. Ginekoloqun sözlərinə görə, süni mayalanmanın alınmamasının bir çox səbəbi ola bilər:

"Ən mühüm amillərdən biri, əldə edilmiş embrionların keyfiyyətidir. Keyfiyyətli embrionun yapışma ehtimalı daha çoxdur. Qadının yaşı və spermanın vəziyyəti də keyfiyyətə təsir edən əsas amillərdəndir.

İki cəhddən sonra heç bir nəticə alınmırsa, keyfiyyətli embrion əldə edilmirsə və yaş problemimiz yoxdursa, spermaya yönəlmək lazımdır. Uğur əldə etmək üçün keyfiyyətli sperma seçmək son dərəcə əhəmiyyət daşıyır".

E.Pabuçcu bildirib ki, genetikası zədəli spermaları təmizləmək çox vacibdir:

"Ən yaxşı spermalar xüsusi komandanın böyütmə üsulları ilə seçilir. Xüsusilə genetikası zədəli spermaları təmizləmək çox vacibdir. Bunun üçün ən az 3 ay müntəzəm dərman istifadə edilməsi lazım ola bilər. Ancaq bizim hazırda üzərində işlədiyimiz və 2017-ci ildə Avropa Çoxalma Konqresində təqdimatını keçirdiyimiz daha bir üsul var: Yumurtaları mayalandırmaq üçün istifadə ediləcək spermaları klassik cinsi pəhriz saxlama müddəti ilə deyil, çox qısa pəhriz nəticəsinə əldə etmək. Beləliklə, saxlanmış və DNT-si zədəli spermalar yerinə, dinamik spermaları istifadə edirik. Nəticədə də, daha yaxşı mayalanma meydana çıxır. Bu da hamilə qalmaq faizinə böyük ölçüdə müsbət təsir göstərir.

Yeni üsulla DNT-si daha sağlam sperma hüceyrələr əldə edilir və qalan əməliyyatlar onlar üzərində aparılır. Embrionun keyfiyyəti yaxşıdırsa, sağlam hamiləlik şansı da artır.

Bu üsul xüsusilə sperma DNT-sində zədə olan və ikidən artıq süni mayalanma keçirsə də, uğurlu nəticə əldə edə bilməyən cütlüklərə təklif edilir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm