D2 vitamini mənbələrindən biri - KAKAO
Bizi izləyin

Sağlamlıq

D2 vitamini mənbələrindən biri - KAKAO

İnsanın gündəlik rasionu üçün vacib olan əsas qidalardan biri də D vitaminidir. Onun çatışmazlığı orqanizmdə nəfəs yollarının infeksion xəstəlikləri, raxit və osteoparoz kimi problemlərin yaranmasına səbəb ola bilər.

Almaniyanın Maks Rubner İnstitutunun və Qalle-Vettenberq Universitetinin tədqiqatçılarının apardıqları araşdırmaların nəticəsinə görə D2 vitamini ilə zəngin qidalar arasında əsas yeri tərkibi kakao olan məhsullar tutur.

Publika.az xəbər verir ki, alimlərin fikrincə günəş şüaları altında qurudulmuş kakao meyvələrinin tərkibi struktur dəyişikliklərinə uğrayaraq D və D2 vitaminləri formalaşdırır.

Kakao tərkibli müxtəlif məhsulları üzərində aparılan tədqiqatlar bir daha sübut edib ki, bu qida əsas D2 vitamini mənbələrindən biridir. Alimlər kakao əsaslı qidaların tərkibində bu faydalı məhsulun müxtəlif miqdarda olduğunu da bildiriblər. Belə ki, kakao yağı və tünd şokoladda D2 vitamini digər məhsullara nisbətən daha çoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm