Qədim slavyanların ən effektiv müalicə növü
Bizi izləyin

Sağlamlıq

Qədim slavyanların ən effektiv müalicə növü

Payızdan qışa keçid bütün virusların oyandığı dövrdür. İmmun sistemimiz nə qədər güclü olsa da, bu aylarda özümüzü tam qoruya bilmirik.

Publika.az slavyan xalqlarının xəstəliklərlə ən effektiv mübarizə üsulunu təqdim edir.

Qədim rus reseptlərinə əsaslansaq, küknar yağı bütün dərdlərin, əsas da boğaz ağrılarının düşmənidir. Bu yağ artıq nəinki xalq təbabətində eləcə də tibbdə istifadə edilir.

Küknar efir yağının tərkibində 35 bioloji maddə var. Bu maddələr parazitlərə, soyuqdəyməyə qarşı əvəzsizdir. Küknar yağını sinənizə və kürəyinizə sürtməklə öskürəkdən, ciyər ağrılarından da qurtulacaqsınız.Hətta qrip olanda küknar yağını burun dəliyinizə tökə bilərsiniz.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm