Alimlər bədənin hansı saatlarda daha çox arıqladığını müəyyən etdi
Bizi izləyin

Sağlamlıq

Alimlər bədənin hansı saatlarda daha çox arıqladığını müəyyən etdi

Sən demə, tez arıqlamaq üçün təxminən eyni vaxtda oyanmaq və yatağa girmək lazımdır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Harvard Universitetinin tibb məktəbinin alimləri müəyyənləşdirib ki, eyni vaxtda yatan və yuxudan oyanan insan daha çox kalori yandırır.

Mütəxəssislər bu nəticəyə yeddi könüllüdən ibarət qrup üzərində təcrübə apardıqdan sonra gəlib. İştirakçılar bir aydan çox pəncərəsiz laboratoriyada heç nəyə yüklənmədən rahat vəziyyətdə yaşayıblar. Vaxtı bilməsinlər deyə, alimlər onlardan telefonları və saatı alıb. Gün rejimini dietoloqlar ciddi qaydaya salıb. Bunun sayəsində alimlər aydınlaşdırıb ki, dinclik vəziyyətində bədənin kalori yandırması sirkad ritmlərdən asılıdır.

Əgər "bioloji" və "faktiki" axşam üst-üstə düşürsə, insan orqanizmi hər saat daha çox yağ yandırır. İstifadə edilən qidaların miqdarı və əlavə məşqlər bu zaman kalori yandırılması prosesinə təsir göstərmir.

Yəni dəqiq gün rejimi və "bioloji çəkiyə" əməl etmək arıqlamağa kömək edə bilər. Həkimlər eyni saatda yatmağı və durmağı, eyni zamanda orqanizmə “qulaq asmağı” məsləhət görüb. Tədqiqat müəllifləri məsələni belə izah edib:

“Bir çox adamlarda bioloji və faktiki axşam üst-üstə düşür. Amma insan rejimini pozaraq yatağa gec girirsə, onda bioloji və faktiki gecə arasında fərq artır. Nəticədə bioloji axşam gecəyarı və ya tez səhərin erkən saatlarına təsadüf edir ki, bu da kalori yandırılmasını əlverişsiz edir”.

Alimlər onu da əlavə edib ki, ən az kalori miqdarı səhər dörddən altıya qədər, ən böyük kalori miqdarı isə saat 17:00-dan 20:00-dək yandırılır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm