Dünyanın ən faydalı pəhrizi
Bizi izləyin

Sağlamlıq

Dünyanın ən faydalı pəhrizi

40-dan çox qidalanma növü və pəhrizi araşdıran qida mütəxəssisləri 2019-cu ilin ən sadə və faydalı pəhriz statusunu müəyyənləşdirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Amerikanın “News & World Report” jurnalında çıxan məqaləyə əsasən bu pəhriz növü bitki və tərəvəzlərin üstünlük təşkil etdiyi Aralıq dənizi pəhrizi adlanır. Pəhriz meyvə və tərəvəzlə yanaşı, çox məhdud miqdarda şəkər və ət ehtiva edir.

Mütəxəssislər hesab edir ki, həm arıqlamaq, həm də gücü qorumaq üçün bu qidalanma tərzi ən uyğundur. Aralıq dənizi pəhrizi xüsusilə ürək və damar xəstəlikləri olan şəxslər üçün faydalıdır.

Qeyd edək ki, Aralıq dəniz pəhrizi daha sağlam qidalanmağı nəzərdə tutur. Təbiətdə təbii şəkildə yetişən, GMO-suz meyvə və tərəvəzlər yemək əsas şərtdir. Habelə yeməklər və salatlar zeytun yağı ilə hazırlanır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm