Sağlamlıq
Dabanları sarımsaqla ovsanız...
Dünyanın ən faydalı bitkisi və ya təbii antibiotiki kimi tanınan sarımsağı dabanlara sürtmək xeyirlidir.
Publika.az oxucuları sarımsağın başqa bir möcüzəvi xüsusiyyəti ilə tanış edib.
Dabanları 30 dəqiqə sarımsaq ilə ovduqdan sonra dadını və qoxusunu ağzınızda hiss edəcəksiniz. Bu, sarımsağın mexaniki təsiri zamanı allisin maddəsinin sürətlə qana keçməsi hesabına baş verir. Allisin hüceyrə pərdələrinə nüfuz edir, qan dövranı yolu ilə gəzir və dad tumurcuqlarına çatır. Sarımsaq yedikdən sonra sadəcə ağızdan deyil, bütün bədəndən kəskin qoxu gəlməsinin səbəbi də budur. Çünki qoxu qanda həll edilir.
Bu da o deməkdir ki, dabanları sarımsaqla ovduğunuz zaman onun faydalı xassələri qana keçərək orqanizmi xəstəliklərdən müdafiə edir. Odur ki, dabanı sarımsaqla ovmaq soyuqdəyməsi olan uşaqlara xüsusilə faydalıdır.
Soğan və sarımsaq ehtiva etdiyi antioksidantlar sayəsində həm sinir sistemini, həm də immunitet sistemini gücləndirir. Odur ki, soğan və sarımsaq əsrlərdir alternativ təbabət üsulu kimi istifadə edilir.
“Healthy Food Style” jurnalında çıxan xəbərə əsasən, gündə 6 diş közlənmiş sarımsaq yemək bədəni gücləndirir. Aparılan araşdırmalar nəticəsində gündə 6 diş közlənmiş sarımsaq yedikdən 24 saatda bədəndə meydana gələn dəyişikliklər açıqlanıb.
4-6 saat sonra: Metabolizm sürətlənir. Artıq yağlar yanmağa və zəhərli mayelər bədəndən atılmağa başlayır.
6-10 saat sonra: Sarımsaqda olan maddələr hüceyrə səviyyəsində orqanizmi müdafiə edib bədəni oksidləşmədən qoruyur.
10-24 saat sonra:
Xolesterini nizama salır.
Damarları təmizləyir və ürək xəstəliklərin qarşısını alır.
Təzyiqi tənzimləyir.
Sinir sistemini gücləndirir.
Bədənə ağır metalların daxil olması əngəlləyir.
Sümükləri və oynaqları gücləndirir.
Yorğunluq hissini azaldır.
Hüceyrələrin ömrünü uzadır.
Aytən
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO