Sağlamlıq
Zəhərli mikrobların daşıyıcısı - Alimlərin YENİ ARAŞDIRMASI
Dəniz və okean sularının tərkibindəki mikroplastik zərrəciklər insanlar, balıqlar və ətraf mühit üçün zəhərli olan mikrobların dayışıcısıdır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, son tədqiqatların kədərli nəticələri bunu göstərir.
Britaniya Tropik Dəniz Elmləri İnstitutunun alimləri müəyyən ediblər ki, dəniz və okean sularının tərkibindəki çoxsaylı mikroplastik zərrəciklər öz səthində zəhərli bakteriyalar daşıyır. Bu bakteriyalar insanlar, balıqlar və ətraf mühit üçün böyük təhlükə mənbəyidir. Alimlər laboratoriyalarda diametri 5 millimetrdən az olan mikroplastik zərrəcik nümunələrini tədqiq ediblər. Bu zərrəcdiklərdə yara nahiyəsində infeksiyalara səbəb olan vibrion bakteriyası, habelə qastroenterit törədən arkobakter aşkar edilib.
Bundan əlavə, mikroplastikdə mərcanları məhv edən, balıqları zəhərləyən bakteriyalar tapılıb. Alimlər bildirirlər ki, bütün bu mikroorqanizmlər insanlarda, dəniz və okean sakinlərində ciddi qida zəhərlənmələrinə səbəb ola bilər. Onlar müxtəlif ölkələrin hakimiyyət orqanlarını təbii sututarlarda plastik kütlənin səviyyəsinin azaldılması istiqamətində təxirəsalınmaz tədbirlər görməyə çağırırlar. Ən sadə hesablamalar göstərir ki, hər il dəniz və okeanlara 7 milyon ton plastik kütlə atılır.
Britaniya alimləri tədqiqatlar çərçivəsində Sinqapur sahillərindən 275 mikroplastik nümunəsi götürüblər. Zərrəciklərin səthində bütövlükdə 400-dən çox bakteriya növü aşkar edilib. Plastik kütlə canlı orqanizmlərin çoxunun canına hopur, orada toplanır və qida zənciri vasitəsilə insan orqanizminə daxil olur.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO