Yüksək qan təzyiqini aşağı salan ÜSUL
Bizi izləyin

Sağlamlıq

Yüksək qan təzyiqini aşağı salan ÜSUL

Yüksək qan təzyiqi bəzi hallarda hiss edilməyə bilər. Həkimlər belə yüksək təzyiqi səssiz qatil adlandırır.

Publika.az xəbər verir ki, belə hallarda qan təzyiqini normaya salan bəzi üsullar var.

Qan təzyiqinin qəfil yüksəlməsi çox kəskin baş ağrısına səbəb ola bilər. Tez-tez burun qanaması da yüksək qan təzyiqinin əlamətidir.

Ekspertlər açıqlayıb ki, yüksək təzyiqin gözlərdə tor qişadakı qan damarlarına zərər verə bilər. Bu, gözlərin zəifləməsinə və qanaxmaya səbəb ola bilər.

Qan təzyiqini normaya salan üsul

Təzyiq nöqtəsi əldə, orta barmağın ucunda yerləşir. Qan təzyiqini aşağı salmaq üçün bir qələm köməyi ilə orta barmağın ucuna basın. Beləliklə, təzyiq qısa bir müddətə aşağı düşməyə başlayacaq. Təbii ki, bu bir müalicə üsulu deyil. Xəstəliyi sağaltmaq üçün həkimlə məsləhətləşib lazımi dərmanları istifadə etməyiniz lazımdır.

Digər təzyiq nöqtələri ayaq barmaqlarında yerləşir. Ayaq baş barmağı və ikinci ayaq barmağı arasında qələmlə düz bir xətt yaradın. Daha sonra ayağın üstünə, xəttin digər tərəfinə basın. 3 saniyə güclü təzyiq tətbiq edin, sonra 5 saniyə fasilə verin. Masajı 2 dəqiqə ərzində təkrar edin, sonra digər ayaqda da təkrarlayın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm