Qarpızın saçlara ƏVƏZOLUNMAZ FAYDASI
Bizi izləyin

Sağlamlıq

Qarpızın saçlara ƏVƏZOLUNMAZ FAYDASI

Yayın ən sevilən meyvələrindən olan qarpız mövsümün gəlişi ilə yenidən gündəlik rasionlarda öz yerini aldı. Xüsusilə, qarpız-pendir cütlüyü yemək bişirməyə vaxtı olmayanlar, istidə yemək yeyə bilməyənlər üçün sevimli menyuya çevrilib.

Publika.az xəbər verir ki, hər şey kimi qarpızın da həddən çox qəbul olunmasının mənfi təsirləri var. Özəlliklə, artıq çəkidən qurtulmaq istəyən və ya çəkisini qorumağa çalışanlar üçün qarpızla ehtiyatlı davranmaq əhəmiyyətlidir.

Lakin bu, o demək deyil ki, qarpız çəki artımına səbəb olur. Əksinə, qarpız pəhrizi adlanan qidalanma forması vardır ki, bununla rahat şəkildə çəki atmaq olur.

Qarpızın faydaları

Təbii bir sidikqovucu olan qarpız böyrəklərin təmizlənməsində iştirak edir. Bədəni zərərli toksinlərdən təmizləyir, qaraciyəri yeniləyir, böyrəyin funksiyalarını yaxşılaşdırır. Qarpızın tərkibində olan laykopen maddəsi xərçəngə qarşı immun sistemini qüvvətləndirir. Laykopen antioksidant xüsusiyyəti sayəsində toksinlərin sağlam toxumalara və orqanlara bağlanmasını əngəlləyir.

Qarpızın tərkibində olan A və C vitaminləri saçları və dərini qidalandırır. Yüksək miqdarda sudan ibarət olması saçlara müsbət təsir göstərir. Kalium və maqnezium miqdarı təzyiqi aşağı salır. Qan damarları və arteriyaların üzərindəki gərginliyi azaldır.

Qarpız pəhrizi necədir?

Qarpız pəhrizində yemək miqdarının əksəriyyətini qarpız təşkil etməlidir. Burada əhəmiyyətli olan idman etməkdir. Pəhriz zamanı daim idman etsəniz, kilo atmaq prosesi sürətlənəcək.

Qarpız pəhrizini 1 həftədən çox tətbiq etmək olmaz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm