Sağlamlıq
Ağcaqanadlar daha çox BU İNSANLARI SANCIR - İNANMAYACAQSINIZ/VİDEO
Video əlavə olunub.
***
Ağcaqanad sancması adi hal kimi qəbul edilsə də, malyariya başda olmaqla, Zika və sarı titrətmə kimi xəstəlikləri insanlara yoluxdura bilir.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mikrobiologiya mütəxəssisi, professor Saleh Türkoğlu ağcaqanadları dəridə özünə çəkən faktorları sadalyıb:
“Ağcaqanadların çox olduğu yerdəsinizsə, onların çıxdığı saatlarda sizi sancmaması üçün uzunqollu geyimlərə üstünlük vermək lazımdır. Daxili məkanlara girmələrinin qarşısını almaq üçün baryer düzəltmək vacibdir.
Bəzi insanlar qan qruplarına bağlı olaraq daha müqavimətlidir. Milçək və ağcaqanadlar qan ilə qidalanır. 4-cü qrupu insanlar ağcaqanadları dərilərinə daha çox çəkir”.
Ekspert daha sonra ağcaqanadların "seçicilik qabiliyyəti"nə təsir edən digər amilləri belə sadalayıb:
Geyim
Ağcaqanadlar hədəflərini seçərkən ilk olaraq "görməsi" lazımdır. Odur ki, ağcaqanadların axşamüstü görmə qabiliyyəti artır. Tünd və qırmızı rənglərin ağcaqanadların daha çox çəkdiyinə dair tədqiqatlar mövcuddur.
Qazlar
Çıxardığınız karbondioksid qazı nə qədər kəskindirsə, bu, ağcaqanadları bir o qədər tez özünə cəlb edir. Onlar qoxunu bir neçə metr uzaqdan hiss edir. Ağcaqanadların gecələr başınızın üzərində fırlanmasının səbəbi bu şəkildə açıqlanır.
Dəri üzərindəki bakteriyalar
İnsanların dərilərində təbii olaraq toplanan bakteriyalar müxtəlif olsa da, bu, ağcaqanadları özünə çəkir.
İsti və tər
İsti və tər də ağcaqanadları özünə cəlb edən əsas amildir. Milçəklər xüsusilə tərin ifraz etdiyi laktik turşu, ürik turşu, ammonyak və digər maddələrə yığışır.
Hamiləlik
Hamilə qadınlar daha "cəlbedici" görünür. Bunun səbəbi artan bədən temperaturu və karbondioksid ilə izah edilir.
Aytən,
Video: Sevinc Xanqızı
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı