Sağlamlıq
Ürəyi qoruyan QİDALAR
Yediyiniz qidalar sağlamlığınıza böyük təsir göstərir. Daha çox qələvi tərkibli məhsullar yemək sağlamlığınızı yaxşılaşdıra bilər. Qələvi isə daha çox meyvə və tərəvəzdə olur.
Publika.az xəbər verir ki, qələvi qidalardan istifadə edərək nəinki sağlamlığını qoruyur, həm də artıq çəkidən xilas olursunuz.
1. Avokado
Avokado meyvə və tərəvəzlərdən faydalı qida maddələrinin alınmasına kömək edir, ürəyi gücləndirir və xolesterinə nəzarət edir. Həmçinin lif və doymamış yağ turşularını ehtiva edir.
2. Banan
Banan qanda şəkərin səviyyəsini tarazlayır, ürəyi qoruyur və həzmi yaxşılaşdırır. Bu meyvə lif, qida maddələri, B vitaminləri, maqnezium və kaliumla zəngindir.
3. Gül kələm
Gül kələm ürək sağlamlığını yaxşılaşdırır və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Onun sadəcə 1 porsiyası gündəlik C vitamini qəbulunun 77% -ni təmin edir.
4. Qovun
Qovun orqanizmin toksinlərdən təmizlənməsinə kömək edir və onu lazımi dərəcədə nəmləndirir.
5. Zeytun yağı
Zeytun yağı qanda şəkər səviyyəsinin tənzimlənməsinə kömək edir və ürək xəstəlikləri riskini azaldır. Tərkibində E vitamini, antioksidanlar və doymamış yağ turşuları var.
6. İspanaq
İspanaq orqanizmi sərbəst radikallardan təmizləyir, ürəyi gücləndirir və yaddaşı yaxşılaşdırır. Bundan əlavə, ispanaq beyin işini stimullaşdırmağa kömək edir.
7. Kinoa
Kinoa proteinlə zəngindir və digər dənli bitkilərlə müqayisədə iki qat daha çox lif, həmçinin maqnezium, manqan, lizin və riboflavin ehtiva edir.
8. Çuğundur yarpağı
Çuğundur yarpağı qan dövranını yaxşılaşdırır və ürəyin düzgün işləməsini təmin edir, immuniteti yaxşılaşdırır və sərbəst radikalları xaric edir.
9. Limon
Tərkibində E, A, C, B6 vitaminləri və kalsium, sink, mis, kalium və riboflavin də var. Limonun müntəzəm istifadəsi insult riskini azaldır və böyrəkləri gücləndirir.
Aytən
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var