"Bu xəstəliklərin hamamdan çıxıb "lüt" gəzməklə əlaqəsi yoxdur"
Bizi izləyin

Sağlamlıq

"Bu xəstəliklərin hamamdan çıxıb "lüt" gəzməklə əlaqəsi yoxdur"

"Yuxarı tənəffüs yollarının kəskin iltihabı xəstəliklərinin pivə içmək, dondurma yemək, əynini nazik geymək, hamamdan çıxıb “lüt” gəzməklə əlaqəsi yoxdur.

Publika.az xəbər verir ki, bunu anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.

Məşhur həkim soyuqdəymənin immuniteti zəiflətmək xüsusiyyətinin cüzi olduğunu bildirib:

“Adətən xəstələnməmişdən (el arasında soyuqdəymə) əvvəl prodromal əlamətlər olur. Yəni xəstəliyin əsas əlamətləri görünmür. İnsan bilmir ki, o xəstələnib, ya yox. Sadəcə yorğunluq, əzginlik, yuxululuq, yüngül əzələ ağrıları olur. Bəzən xəstədə qızdırma olur. Lakin bunu xəstə hiss etmir. Susuzluq hiss edir. Ürəyi soyuq, sərin içki və ya qida istəyir. Əynini nazik geyinir. Bilmir ki, bu artıq xəstəliyin əlamətləridir.

Səhəri gün xəstəliyin əsas əlamətləri özünü göstərməyə başlayır: baş ağrısı, burun axması, kəskin halsızlıq, qızdırmanın daha da yüksəlməsi, üşütmə, titrəmə, öskürək və s. O insanı hamı danlayır ki, sən dünən dondurma yedin, pivə içdin, əynini nazik etdin deyə xəstələndin. Heç kimin ağlına gəlmir ki, o, dünən artıq xəstə idi. Bəzən zəiflədiyi üçün bədəni sərinlik istəyirdi. Pivə içməzdən əvvəl o artıq xəstələnmişdi.

Qısası, yuxarı tənəffüs yollarının kəskin iltihabı xəstəlikləri, pivə içmək, dondurma yemək, əynini nazik geymək, hamamdan çıxıb “lüt” gəzməklə əlaqəsi yoxdur. Bəs nə ilə əlaqəsi var? Soyuq çox az rol oynayır, yəni immuniteti zəiflətmək xüsusiyyəti cüzidir. Törədici olmazsa, soyuq insana heç nə edə bilməz. Məsələn, insanı maye azota belə salsanız, steril şəraitdə o dona bilər, amma soyuqdəymə ilə xəstələnməyəcək. Törədici ilə birbaşa əlaqəsi vardır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm