Xərçəngə qalib gələn müğənnidən kişilərə məsləhət
Bizi izləyin

Sağlamlıq

Xərçəngə qalib gələn müğənnidən kişilərə məsləhət

Məşhur rok ulduzu Rod Styuart 3 ildir mübarizə apardığı xərçəng xəstəliyinə qalib gəlib.

Teleqraf.com xəbər verir ki, prostat xərçəngindən əziyyət çəkən 74 yaşlı ifaçı artıq tamamilə sağaldığını deyib.

2016-cı ildə xəstə olduğunu öyrənən Syuart erkən diaqnozun önəmini vurğulayıb. O, kişilərə səslənərək, mütəmadi həkim nəzarətindən keçməyi məsləhət görüb. Müğənni eyni zamanda stresdən, içkidən və digər pis vərdişlərdən uzaq durmağı tövsiyyə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm