Məşhur həkimdən HƏYƏCAN TƏBİLİ: "İnfarkt və insult törədir"
Bizi izləyin

Sağlamlıq

Məşhur həkimdən HƏYƏCAN TƏBİLİ: "İnfarkt və insult törədir"

Dünyada insanlarda D vitamini çatışmazlığı artıb və artmaqda davam edir. İnsanlar qapalı yerlərdə işlədiyi üçün Günəş işığı ilə az təmasda olurlar. Binaya səhər girib bir də axşam çıxırlar.

Publika.az xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov D vitamini çatışmazlığının zərərlərindən danışarkən deyib.

Həkimin sözlərinə görə, D vitamini çatışmazlığı infarkt və insult riskini artırır: "Üzü qışa gedir. D vitamini çatışmazlığı daha da artacaq. Çünki gündəlik rutin qidalarda bu vitamin azdır. Vitamin çatışmazlığı təkcə osteoporoz, sümük sınıqları, raxid törətməklə kifayətlənmir, miokard infarktı və insult törədir. Həmçinin D vitamini çatışmazlığı insultu daha da ağırlaşdırır. Qadınlar, qocalar, uşaqlar bu vitaminin çatışmazlığına daha cox həssasdır. Xatırladım ki, D vitamini suplementi almısınızsa, yeməkdən sonra qəbul etmək lazımdır. Çünki, o yağda həll olan vitamindir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm