Tanınmış həkim qızdırma salan dərmanlar haqqında BİLİNMƏYƏNLƏRİ AÇDI
Bizi izləyin

Sağlamlıq

Tanınmış həkim qızdırma salan dərmanlar haqqında BİLİNMƏYƏNLƏRİ AÇDI

Tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov bu dəfə qızdırma haqqında çoxlarının bilmədiyi məlumatları açıqlayıb.

Publika.az xəbər verir ki, mütəxəssis anaları "Uşağın qızdırması var, dərmanlar vermişəm, amma düşmür" kimi narahat edən suallara cavab verib:

"Əvvəla sizə temperaturun neçədən başladığını, nə zaman aşağı salmaq lazım olduğunu yazacağam. Qızdırma böyüklərdə 38.3, uşaqlarda isə 38 dərəcədən başlayır. 37.5 - 37.8 və s. dərəcə qızdırma deyil.

Tutaq ki, 38.5 dərəcə qızdırma var, onu salmaq lazım deyil. Əgər bu, xəstəni narahat etmirsə. Qızdırma bizim qoruyucu mexanizmimizdir. Siz onu aşağı salmaqla xəstəliyə kömək edirsiniz, xəstəyə yox.

Çoxsaylı dərman vermisiniz, qızdırmanı salmağa çalışırsınız. Amma kömək etmir. Çünki xəstə susuzdur. Əgər xəstədə dehidratasiya varsa, temperatursalıcı maddələr kömək etməyəcək. Əgər uşaq su içə bilmirsə və ya içib qaytarırsa, sistem qoşun, ya da imalə edin.

Həm də dərman verib xəstənin hərarətini tam normal hala salmağa ehtiyac yoxdur. Azca endisə, məsələn, 39 dərəcədən 38.8-ə endisə, bəsdir.

Analgin və dimedrola gəlincə, smes bir çox ölkələrdə qadağan edilib. Çünki aqranilositoz verir. Yəni, xəstənin immunitetini kəskin aşağı salır, sağalmanı gecikdirir".

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm