Arıqlamaq istəyənlərə ŞAD XƏBƏR
Bizi izləyin

Sağlamlıq

Arıqlamaq istəyənlərə ŞAD XƏBƏR

ABŞ-dakı İllinoys Universitetinin tədqiqatçıları kofeinin bədənin qan və yağ hüceyrələrində həddindən artıq yağ istehsalını dayandırdığını göstərib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatın nəticələrinə əsasən, gündə 4 stəkan şəkərsiz qəhvə bəzi qidalardan alınan yağların bədəndə yığılmasının qarşısını alır.

Tədqiqatçılar mate çayındakı kofeinlə qəhvədəki kofeinin oxşar təsir göstərdiyini müəyyən edib. Məlum olub ki, həm çaydakı, həm də qəhvədəki kofein yağ molekullarının üzərində güclü təsirə malikdir və yağ toplanmasını 20 ilə 40 faizə qədər azaltmaq gücünə malikdir.

Tədqiqatın sonunda kofein verilən siçanların çəkisinin kofein verilməyən siçanlarla müqayisədə daha az olduğu məlum olub.

Tədqiqatın rəhbəri Elvira Qonzalez de Mejia "bu araşdırmanın nəticələrini rəhbər tutsaq, mate çayı və qəhvə piylənmə əleyhinə elementlər hesab edilə bilər",deyə bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm