Prezident necə formada qalır? - Zelenskinin GƏNCLİK SİRRİ (VİDEO)
Bizi izləyin

Sağlamlıq

Prezident necə formada qalır? - Zelenskinin GƏNCLİK SİRRİ (VİDEO)

Seçicilərin hakimiyyətdə gümrah və enerjili insanları görmək istədiklərini anlayan bəzi Ukrayna siyasətçiləri idman salonlarına baş çəkməyə, artıq çəki itirməyə və məşq görüntülərini sosial şəbəkələrdə nümayiş etdirməyə başlayıb.

Məsələn, baş nazir Vladimir Qroysman son aylarda 20 kiloqramdan çox arıqlayıb. "Sadəcə iradəmi topladım və idman zalına yazıldım. Eyni zamanda çörək və kartofdan da imtina etməli oldum, baxmayaraq ki, kartofu çox sevirəm", - deyə nazir idman salonundan paylaşdığı fotolara təvazökarlıqla şərh verib.

Köhnə siyasətçilərin daha yaxşı görünmək istəyi seçicilərin rəğbətini qazanmaq mübarizəsi ilə əlaqədardırsa, prezident Vladimir Zelenski illərdir idmanla məşğul olur. O, formada qalmaq üçün vaxtlı-vaxtında idmanını edən kişilərdəndir. Son 2 ildə o, hətta öz idman bloqu olan "Ze Kubiki" də yaradıb. İş yükünə baxmayaraq, 41 yaşlı siyasətçi mütəmadi olaraq idman zalına baş çəkir.

Publika.az bu yazıda oxucuları Ukrayna prezidentinin cavanlıq sirləri ilə tanış edir:

Düzgün məşq

İki ildən çoxdur ki, məşqçi Vadim Danilçenko ölkə başçısının qidalanma və fitnes məşğələlərindən məsuliyyət daşıyır. Yeri gəlmişkən, birinci xanımın da məşqçisi Vadim Danilçenkodur. Onların daha iki məşqçisi var: biri hovuzda məşq etməyə kömək edir, digəri Tayland boksunu öyrədir.

Təlim həftədə 5 dəfədir, lakin məşqlərin vaxtları Zelenskinin planlarından və iş qrafikindən asılıdır. Ümumiyyətlə idman dərsləri 7:30-da başlayır və təxminən bir saat davam edir. Təlimin prezident administrasiyasının idman zalında baş tutması xüsusilə diqqətəlayiqdir. Bu rahatdır, çünki duş və səhər yeməyindən sonra siyasətçi dərhal təcili vəzifələrin yerinə yetirilməsi ilə məşğul olmağa başlayır.

Məşqçi qeyd edir ki, prezidentlik kampaniyasının aktiv dövründə də Zelenski çalışırdı ki, məşqləri axsatmasın. O dövrdə ən böyük fasilə 4-5 gün idi:

"Görüşə bilmədiyimiz günlərdə belə o, tək məşq edir. Müxtəlif kardioməşqlər ola bilər, məsələn, yerində qaçış", - deyə Vadim Danilçenko açıqlamasında qeyd edib.

Vladimirin ən çox sevdiyi məşqlərdən biri də uzanıb sinəsi üstünə ştanq qaldırmaqdır. Təlim sinə əzələlərin tonunu və inkişafını qorumaq üçün faydalı olsa da, bu, proqramda həftədə bir dəfədən çox qeyd olunmayıb. Ancaq sevilməyən məşqlər arasında ayaqlar üçün kompleks məşq, qarın əzələləri məşqləri gəlir.

“Bizim paxlava qarın əzələləri yaratmaq məqsədimiz yoxdur. Əsas sağlam, enerjili və gümrah olmaqdır”, - deyə Danilçenko bildirib.

Təlim zamanı düzgün bəslənmə müvəffəqiyyətin açarıdır, odur ki, bu aspektdə Ukrayna prezidentinin riayət etdiyi əsas prinsiplərin nə olduğunu izah etməyə dəyər:

- Həddindən artıq yemək olmaz. Prezidentin rasionu gündəlik kalori qəbulu nəzərə alınmaqla hesablanır.

- Səhər daha çox kalorili yeməklərə üstünlük verilir, axşam isə daha az. Ən doyurucu yeməklər idman məşqlərindən sonra gəlir.

- Yüksək karbohidrat və şəkər tərkibli qidalar yolverilməzdir. Un məhsulları və şirniyyatdan, həmçinin souslardan imtina etməliyik.

- Su balansının qorunması. Gündə 2-2,5 litr su içilməlidir.

- Yaxşı effekt üçün möhkəm yuxu lazımdır, ancaq gərgin iş qrafiki səbəbilə prezident bu bəndə uyğun gəlmir. Zelenskinin dediyinə görə, orta hesabla 6 saatdan çox yatmır.

Bununla yanaşı dövlət başçısının zəif cəhətləri də var: məsələn, Zelenski alkoqolu pəhrizdən kənarlaşdırmayıb və özünə bir qədəh qırmızı şərab icazə verə bilər. Məşqçi etiraz etmir. “Bu, onun pəhrizindəki yeganə alkoqol olduğundan, axşam yeməyində bir badə şərabla bağlı heç bir problem görmürəm”, - deyə Vadim ona haqq qazandırır.

Uğurlu bir insan olmaq asan deyil. Həyatın bütün aspektləri üzərində işləməliyik, çox vaxt özümüzü yeməkdən, əyləncədən və hətta möhkəm yuxudan məhrum etmək məcburiyyətindəyik.

Musiqiçi, Hollivud ulduzu və ya siyasətçi olmağınız o qədər də vacib deyil, həmişə sizi tənqid edənlər tapılacaq. Ancaq bəlkə də bu düzgündür, çünki "sağlam tənqid"i qəbul etmək yalnız stimullaşdırır və bədəni daha yaxşı hala gətirir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm