İstidən 1 nəfər öldü, 260-ı xəstəxanaya düşdü
Bizi izləyin

Sağlamlıq

İstidən 1 nəfər öldü, 260-ı xəstəxanaya düşdü

Yaponiyada güclü istilər nəticəsində bir nəfər ölüb, 260-dan çox insan xəstəxanaya yerləşdirilib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bağında günün altında işləyən 92 yaşlı qadın günvurmanın qurbanı olub. Huşunu itirən qadına təcili tibbi yardım həkimləri kömək edə bilməyiblər.

Yüksək temperatur və günvurma diaqnozu qoyulan 260 nəfər xəstəxanaya yerləşdirlib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hospitallaşdırılanların Hönsü adasının paytaxt da daxil olmaqla demək olar ki, bütün prefekturalarından olduğu qeyd edilir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm