Onları kompüterlə sağaldacaqlar?
Bizi izləyin

Sağlamlıq

Onları kompüterlə sağaldacaqlar?

Yeni tədqiqatda ünsiyyət vərdişlərinin ənənəvi metodları ilə iPad, kompüter və planşetlə ünsiyyət yaradılması müqayisə olunub. 61 autizmli uşağın cəlb edildiyi tədqiqatda yeni texnologiyaların məhsulunun daha effektli olduğu aşkar edilib.

Tədqiqatda 5-8 yaş arası uşaqlar olub. Onların hamısının minimal verbal ünsiyyət vərdişi olub. Bu o deməkdir ki, onlar 20-dən az söz tələffüz edirdilər. Autizmli uşaqların yalnız 30%-nin minimal söz ehtiyatı olur. Hətta uzun illər müalicə alsalar da, çox zaman bu göstərici dəyişmir.

İlk üç ay ərzində uşaqlar həftədə 2 dəfə terapiya seansı keçiblər. Bunların həftə ərzində müddəti 2-3 saatdan artıq olmayıb. Üç ayın tamamında müntəzəm olaraq iPad istifadə edən uşaqların 78%-i müalicəyə yaxşı reaksiya verib.

Təcrübə göstərib ki, ilk üç ay ərzində uşaqda yaxşılaşmağa doğru irəliləyiş yoxdursa, planşetdən istifadəyə keçmək lazımdır.

Alimlər hesab edirlər ki, iPad istifadəsi məktəb proqramının bir hissəsi olmalıdır. Həmçinin autizmli uşaqların valideynləri üçün də xüsusi kurslar təşkil etmək lazımdır ki, onlar uşaqları ilə fərdi məşğul ola bilsinlər. (milli.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm