Ürəyin fəaliyyətinə təsir edən ən güclü vasitə - ARAŞDIRMA
Bizi izləyin

Sağlamlıq

Ürəyin fəaliyyətinə təsir edən ən güclü vasitə - ARAŞDIRMA

Qoz bağırsaqlarda faydalı bakteriyaların ifraz olunmasına kömək edir, eyni zamanda ürək fəaliyyəti üçün də xeyirlidir.

Publika.az xəbər verir ki, tədqiqatlar qozun faydalarını təsdiqləyir. Odur ki, qidalanma mütəxəssisləri onları menyuya əlavə etməyi məsləhət görürlər. Pensilvaniya alimlərinin apardığı araşdırmada məlum olub ki, qoz bağırsaq mikrobiomunu faydalı bakteriyalarla zənginləşdirir.

Alimlər piylənmə əlamətləri olan 32-65 yaşlı 42 insanın iştirak etdiyi araşdırma aparıb. İştirakçılar 2 həftə ərzində “Aralıq dənizi pəhrizi” nin qaydalarına əsasən qidalanıb. Sonra təsadüfi olaraq üç qrupa bölünüb və altı həftə boyunca az yağ tərkibli pəhrizə keçiblər. Üç qrupun menyusunda müəyyən fərqlər olub. Qoz menyuların birinə daxil edilib, son ikisi tamamilə və ya qismən bitki yağları ilə əvəz olunub. Və sonra bağırsaq mikrobiomu yoxlanılıb.

Məlum olub ki, qoz pəhrizi mikrobiomu bir neçə növ faydalı bakteriya ilə zənginləşdirib. Bunlara bağırsaqları qoruyan, yüksək təzyiq riskini azaldan bakteriyalar daxildir. Qozun tərkibində 0,2-6,7% fitik turşusu var. Odur ki, qərzəkli meyvənin faydalı xüsusiyyətlərinin bədən tərəfindən tam şəkildə qəbul edilməsi üçün istifadə etməzdən əvvəl onlar aktivləşdirilməlidir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm