• USD 1,7000 0,00% EUR 1,8427 0,00%
    • GBP 2,1034 0,00% RUB 0,0220 0,00%

Ürək, böyrək, mədə.... - Bu xəstəlikləri yaradan SƏBƏB

Ürək, böyrək, mədə.... - Bu xəstəlikləri yaradan SƏBƏB

Çox insan xörəkləri duzlu yeməyi xoşlayır. Hətta normal olmasına baxmayaraq, dadına belə baxmadan əlavə duz tökənlər var. Bu həm vərdiş, həm xoşlamaqla bağlıdır.

Publika.az xəbər verir ki, adi duzun tərkibində olan natrium və xlor orqanizmin normal fəaliyyəti üçün çox vacibdir.

Bu səbəbdən duzdan tam imtina etmək düzgün deyil. Lakin duzlu qidaların həddindən artıq miqdarda qəbulu da yolverilməzdir.

Artıq miqdarda orqanizmə daxil olan duz ciddi pozulmalara səbəb olur. Mayenin çıxmasını ləngidir və orqanizmdə saxlayır. Nəticədə qanın maye hissəsinin miqdarı artır ki, bu da ürəyi və damarları yükləyir, ödemlərə səbəb olur. Əgər belə hal daim təkrarlanırsa, bu ürək-damar sistemi xəstəliklərinin inkişafına səbəb olur.

Ürək-damar sistemi xəstəlikləri olan insanlar üçün qidalanmada duzun miqdarının azaltması həyati vacib məsələdir. Bu səbəbdən kardioloqlar öz pasiyentlərinə duzun miqdarını azaltmağı tövsiyə edirlər.

Duzlu qidalar damarların sıxılmasına və təzyiqin qalxmasına səbəb olur. Bu isə hipertoniya xəstəliyinin inkişafının riskini artırır.

Həmçinin böyrəklər üçün də ziyanlıdır - böyrəklərin normal fəaliyyətini pozur, böyrəklərdə daşların əmələ gəlməsinə səbəb olur. Məsələ burasındadır ki, duzun tərkibində olan natriumun artıqlığı orqanizmdən kalsiumun çıxmasını sürətləndirir. Kalsium isə böyrəklərdə toplanaraq daşların əmələ gəlməsinə səbəb ola bilər.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR