Sumqayıtda bir ailə qarpızdan zəhərlənib
Bizi izləyin

Sağlamlıq

Sumqayıtda bir ailə qarpızdan zəhərlənib

Sumqayıtda bir ailənin 7 üzvü qarpiz yedikən sonra zəhərlənib. Vaxtında həkimə müraciət edən xəstələrin vəziyyəti hazırda qənaətbəxşdir.

ANS TV-nin məlumatına görə, Sumqayıt şəhəri, 18-ci mikrorayon, bina 45, ev 5 də yaşayan Cabbarovlar ailəsi qarpız yeyəndən sonra zəhərlənib. Ailənin üzvləri dərhal Sumqayıt şəhər xəstəxanısına çatdırlıb. 5 uşağ isə Sumqayıt şəhər mərkəzi uşaq xəstəxanasında qəbul olunub. Uşaqların ən kiçiyinin 5 yaşı olub. Xəsətəxanın baş həkimi Əfqan Əsgərzadə bildirir ki, onlar ötən gün səhər saatlarında orta ağır vəziyyətdə qəbul olunub.

Həkimlərin ilkin tibbi yardımı nəticəsində zəhərlənənlər 24 saat xəstəxanada müayinə olduqdan sonra evə buraxılıb. Ailənin yaşadığı ünvana üz tutsaq da onlar çəkiliş etməyimizə razı olmadığından yalnız şifahi məlumat almaqla kifaytələndik. Bildirdilər ki, indi onların vəziyyətiyaxşıdır. Qarpızı isə onlar yol qırağındakı səyyar satıcıdan alıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm