İnfeksionistdən ŞOK açıqlama: Koronavirusa qarşı vaksinin gec tapılmasının əsas səbəbi…
Bizi izləyin

Sağlamlıq

İnfeksionistdən ŞOK açıqlama: Koronavirusa qarşı vaksinin gec tapılmasının əsas səbəbi…

“İnsanlar düşünməlidir ki, etinasız yanaşaraq tək özlərinin yox, həm də ətrafdakıların həyatını risk altına atırlar”.

Bunu Publika.az-a açıqlamasında infeksionist Abidin Rəhimov deyib.

O bildirib ki, koronavirusun pandemiya elan edilməsi xəstəliyin həyati risk daşımasından xəbər verir: “Tam qorunma mümkün olmasa da, profilaktik tədbirlər görülməlidir. Ən əsası odur ki, vətəndaşlar şəxsi gigiyena qaydalarına riayət etsin. İctimai nəqliyyatda maska istifadə olunmalıdır. Əllər mütəmadi yuyulmalı və 70%-lik spirtlə təmizlənməlidir. Çünki 95% tərkibli spirt dərini qurudur. Kütləvi yerlərə getməmək və az təmasda olmaq lazımdır”.

A.Rəhimov xəstəliyin hansı müddətdə yoxa çıxacağı ilə bağlı fikirlərini belə ifadə edib: “Hazırda karantin rejimində olmağımız məsələnin məsuliyyətini dərk etməyimizə əsas verməlidir. Tək özümüzü yox, həm də yaxınlarımızı, ətrafımızdakı insanları düşünməliyik. Amerikada peyvəndin tapıldığı deyilir. Həmin peyvəndin digər fəsadlarının olub-olmaması yoxlanılacaq. Əks reaksiya verməsə, yəqin ki, yaxın vaxtlarda tam tətbiq olunacaq. Bu vaksinin gec tapılmasının əsas səbəblərindən biri əks reaksiyanın yoxlanılmasıdır. Bu isə qısa müddətdə başa gələn proses deyil”.

İnfeksionist ajiotaj yaradan insanlara qarşı cəza üsullarının tətbiqini müsbət qiymətləndirdiyini deyib: “Xeyli sayda xəstə qəbul edirəm. Onlardan bəziləri məsələyə səhlənkar yanaşır, xəstəliyi ciddiyə almır. İnsanlar düşünməlidir ki, etinasız yanaşaraq tək özlərinin yox, həm də ətrafdakı şəxslərin həyatını risk altına atırlar. Cəmiyyətdə panika, ajiotajın yaradılmasına xidmət edən şəxslərin cəzalandırılması ilə bağlı qərarı doğru hesab edirəm. Dünya üzrə ölüm saylarına nəzər yetirsək, Azərbaycanda xəstəliyin geniş vüsət almaması, hökumət orqanlarının məsələyə ciddi yanaşmasından xəbər verir”.

İnfeksionist hesab edir ki, spirtli içki qəbul etmək virusun qarşısını almır: “Bu, çıxış yolu deyil. Mütəmadi alkoqol qəbulu qaraciyəri sıradan çıxara, yaxud da digər orqanlara zərər vura bilər”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm