Karantin dövründə insanlar arasındakı təmas məsafəsi necə tənzimlənməlidir?
Bizi izləyin

Sağlamlıq

Karantin dövründə insanlar arasındakı təmas məsafəsi necə tənzimlənməlidir?

“COVID-19-un yayılmasına qarşı mübarizə məsələsində tədbirlərin qadağan edilməsinin mənası yoxdur, çünki insanlar arasındakı məsafə daha vacibdir”.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu açıqlamanı yoluxucu xəstəliklər üzrə yapon mütəxəssis, epidemioloq Sato Akihiro verib.

“Əhəmiyyətli olan, toplananlar arasındakı məsafə və tədbirin baş verdiyi yerdir, insanların sayı deyil. Küçədə risk azalır”, - deyə mütəxəssis əlavə edib.

Onun sözlərinə görə, aradakı məsafənin 1,5-2 metr olması daha təhlükəsizdir və görüş küçədə baş verməlidir. Eyni zamanda insanların öz aralarında danışmaları tövsiyə edilmir.

Xatırladaq ki, bu yaxınlarda alimlər qan qrupunun koronavirusa yoluxma riskinə təsirini izah etmişdi. Tədqiqat nəticəsində Çin virusoloqu ikinci qan qrupu olan insanlarda COVID-19-a yoluxma riskinin əhəmiyyətli dərəcədə yüksək olduğu qənaətinə gəlib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm