Siqaret çəkənlər koronavirusa daha tez yoluxur - EKSPERTDƏN ŞOK
Bizi izləyin

Sağlamlıq

Siqaret çəkənlər koronavirusa daha tez yoluxur - EKSPERTDƏN ŞOK

Siqaret çəkənlərin yeni növ koronavirusa yoluxma ehtimalının az olması və ya siqaretin onu virusdan tamamilə qoruması barədə yayılan xəbərlər etibarlı deyil və əslində vəziyyət tam əksinədir.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu İnfeksion Kliniki Xəstəxanasının baş həkiminin müavini Natalya Antipyat deyib. O bildirib ki, üst tənəffüs yolları tütün tüstüsünün zərərli komponentləri bədənə daxil olan giriş qapısıdır:

“Daim siqaret çəkən insanlarda tüstü tənəffüs epitelini zədələyir, bronxlardakı epitelin qoruyucu funksiyası pozulur və beləliklə immunitet zəifləməyə doğru gedir”.

Ekspertin sözlərinə görə, siqaret çəkənlərin koronavirusa tutulma riski daha yüksəkdir. Çünki onlarda artıq tənəffüs sistemi pozğunluqları var, buna görə virusun bədən toxumalarına onlar vasitəsilə nüfuz etməsi daha asandır.

Digər bir risk faktoru siqaret çəkmə prosesinin özü ola bilər. Virus yeni sahibinə yalnız öskürək və ya asqırıq zamanı havaya püskürən kiçik damcıların ötürülməsi ilə yoluxmur. Fakt budur ki, virus damcıları obyektlərin səthində qala, oradan əllərə yerləşə bilər. Bundan sonra gözə və ağıza bir toxunma kifayət edir ki, virus bədənə daxil olsun.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm