Qripə qarşı peyvənd KORONAVİRUSDAN QORUYURMU? - ÜST AÇIQLADI
Bizi izləyin

Sağlamlıq

Qripə qarşı peyvənd KORONAVİRUSDAN QORUYURMU? - ÜST AÇIQLADI

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qrip əleyhinə peyvəndlərinin koronavirusa təsirini inkar edib.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə ÜST-nin rəsmi nümayəndəsi Tarik Yazareviç bildirib.

Yazareviç mövsümi qripə qarşı peyvənd edilmiş insanların COVID-19-a daha yaxşı dözdükləri və ya xəstəliyi yüngül keçirməsi barədə yayılan məlumatları təsdiqləməyib.

“Bu xəbərlərin etibarlılığına dair heç bir elmi dəlil yoxdur” , - təşkilat rəsmisi əlavə edib.

Qeyd edək ki, martın 21-də ÜST-ün baş direktoru Tedros Adhan Qebreyesus koronavirusla mübarizə üçün alkoqoldan və siqaretdən imtina etməyi məsləhət görüb. Onun sözlərinə görə, siqaret infeksiyaya yoluxduqda xəstəliyin ağır formasının inkişaf riskini artıra bilər.

Son məlumatlara görə, dünyada 303,8 min insan koronavirusa yoluxub. Cəmi 12 min 973 ölüm hadisəsi qeydə alınıb, 91 min 678 nəfər sağalıb.

Xatırladaq ki, Rusiyanın İnfeksion Kliniki Xəstəxanasının baş həkiminin müavini Natalya Antipyat da bildirmişdi ki, yuxarı tənəffüs yolları tütün tüstüsünün zərərli komponentləri bədənə daxil olan giriş qapısıdır: “Daim siqaret çəkən insanlarda tüstü tənəffüs epitelini zədələyir, bronxlardakı epitelin qoruyucu funksiyası pozulur və beləliklə, immunitet zəifləməyə doğru gedir”.

Ekspertin sözlərinə görə, siqaret çəkənlərin koronavirusa tutulma riski daha yüksəkdir. Çünki onlarda artıq tənəffüs sistemi pozğunluqları var, buna görə virusun bədən toxumalarına onlar vasitəsilə nüfuz etməsi daha asandır.

Rusiya Səhiyyə Nazirliyinin baş narkoloqu Yevgeni Bryunsa açıqlamışdı ki, koronavirusla mübarizədə spirtli içki içmək nə xəstəliyə, nə də profilaktikaya kömək edəcək. Hər hansı infeksiya toksikozdur və alkoqol toksikozu artırır, odur ki, vəziyyət daha da pisləşəcək.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm