• USD 1,7000 0,00% EUR 1,8385 -0,23%
    • GBP 2,0769 -1,28% RUB 0,0220 0,00%

Bu yeməkləri əsla sifariş verməyin - Məşhur professordan CİDDİ XƏBƏRDARLIQ - FOTO

Bu yeməkləri əsla sifariş verməyin - Məşhur professordan CİDDİ XƏBƏRDARLIQ - FOTO

Türkiyənin Yoluxucu Xəstəliklər Dərnəyinin rəhbəri, professor Məmməd Ceyhan "Hürriyət"in suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, həkim gündəlik həyatda insanların özlərini viruslardan qorumaq üçün zəruri izolyasiya tədbirləri barədə vacib məqamlara aydınlıq gətirib.

- Pul virus baxımından nə qədər risklidir?



- Pul pambıq və kətandan hazırlanır. Tərkibi və quruluşuna görə virusların, bakteriyaların sığınması və yayılması üçün idealdır. Əl təması çox sayda insan tərəfindən reallaşdırıldığı üçün risk böyükdür. Virusun ötürülmə potensialı yüksəkdir. Nağd pul və kart arasında seçim etməli olsanız, kartı seçin. Şəxsi istifadədə olduğundan ən etibarlı təmassız ödəniş modelidir.

- Ayaqqabı ilə bağlı hansı tədbiri görməliyik?



- Ayaqqabı evə virus gətirə bilər. Ancaq bu virus evdə öz-özünə ötürülmür. Ailədə uşaq varsa, ayaqqabılarınızı onların əllərinin çata bilməyəcəyi yerə qoymalısınız. Ayağınızdan çıxardıqdan sonra isə əllərinizi mütləq şəkildə yumalısınız. Ayaqqabı ilə təmasda olmadığınız təqdirdə, üzərində virus varsa belə havada dövriyyəyə girmir, nə də yayılmır.

- Karqo məhsullarını necə təslim almalıyıq?



- Pəncərəsi açıq olan eyvanda azı 6-8 saat saxladıqdan sonra açmanızı tövsiyə edirəm.

- Duzlu su ilə qarqaranın virusdan qorunmağa faydası varmı?



- Heç bir faydası yoxdur. Təkcə duzlu su yox, həmçinin, qaynar su qəbul etmək, ya da saç qurutma cihazını boğaza tutmaq və bu kimi bir çox tətbiq metodları faydasızdır. Xüsusilə duzlu su ürək və böyrək çatışmazlığı olanlar üçün risklidir.

- Yeməkdən virus keçə bilərmi?



- Mədə turşuları virusu öldürür. Buna görə virus mədədə yaşaya bilməz. Yəni mədəyə yemək yolu ilə keçsə də, orada uzun müddət qala bilməyəcək. Virusun təsirini artırması üçün ağciyərlərə nüfuz etməsi lazımdır.

- Tez-tez su qəbul etməklə, ağzımıza və ya boğazımıza yoluxmuş virusu mədəyə göndərə bilərikmi?



- Virus ağızda və ya boğazda sizin nə vaxt su içəcəyinizi gözləmir. Saniyələr içərisində ağciyərlərə keçir. İmmunitet sisteminizin müqavimət gücünə görə təsiri də ortaya çıxır.

- Virusun havada qalma ehtimalı nə qədərdir?



-
Virus havada yayılmır, nə də asılı qalmır. Öskürəndə damcı formasında ətrafa səpilir. Həmin damcılar anında yerə düşür və ya ən yaxın səthə qonur. Təmas və ya inhalyasiya yolu ilə ötürülür.

- Sifariş zamanı hansı yeməklərə üstünlük verməliyik?



- Salat, soyuq sendviç kimi qidaları sifariş verməyin. Qida paketlərində virus olma ehtimalı yüksəkdir. Əvvəlcə paketi, sonra isə yeməyin qabını atın. Həm paketi, həm də yeməyin qabını diqqətlə çıxarmaqla riski minimuma endirə bilərsiniz.

Məhərrəm Əliyev

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR