• USD 1,7000 0,00% EUR 1,8740 +0,02%
    • GBP 2,1055 +0,32% RUB 0,0216 +0,93%

Məşhur həkimdən koronavirusdan qorunmaq üçün 8 VACİB TÖVSİYƏ - VİDEO

Məşhur həkimdən koronavirusdan qorunmaq üçün 8 VACİB TÖVSİYƏ - VİDEO

Video əlavə olunub.

***

ABŞ-da yaşayan məşhur türk cərrahı Mehmet Öz yeni tip koronavirusla bağlı önəmli açıqlama verərək virusdan qorunmaq üçün 8 maddəlik tövsiyə ilə çıxış edib.

Publika.az xəbər verir ki, cərrah qeyd edib ki, bu virusdan qaçış yoxdur: "Bu virusdan heç bir xilas yolu yoxdur. Hamımız istisnasız tutulacağıq. Ancaq nə qədər sonra tutulsaq, o qədər yaxşıdır. Başqa sözlə, tam qorunma təmin etmir. Tam qorunma həmişə immunitetinizdir.".

Həkimin koronavirusdan qorunmaq üçün verdiyi 8 maddəli tövsiyə aşağıdakıdır:

1. Özünüzü karantinə alın, ətrafdan təcrid edin. Virusa ən gec yoluxanlar ən şanslıları olacaq,

2. Təmizliyə diqqət edin,

3. Bol meyvə-tərəvəz yeyin,

4. Sarımsaq, qatıq, kefir yeyin,

5. Sağlamlığa xeyir olan qida əlavələri, vitaminlər qəbul edin.

6. Hərəkət edin, idmanla məşğul olun,

7. Siqareti tərgidin,

8. Bol su için

Video: Sevinc Xanqızı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR