Sağlamlıq
Kimlərin koronavirusa yoluxma riski daha yüksəkdir? - Alimlər SİRLƏRİ AÇDI
Həddən artıq çəki və piylənmə müxtəlif xəstəliklərin inkişafını sürətləndirən, səhhətimizi təhlükəyə atan başlıca amillərdən biridir. Məlum olub ki, köklük yeni tip koronavirus infeksiyasına da yoluxma riskini artıran əsas amillərdən biridir.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bədən kütləsi indeksi nə qədər yüksək olsa, xəstəlik bir o qədər şiddətlənir.
“Bədən kütləsi indeksi müxtəlif yoluxucu və xroniki xəstəliklərlə birbaşa əlaqəlidir. Bu cür insanlar patologiyaların bir hissəsini özlərində daşıyır və nəticədə COVID-19-a qarşı daha dözümsüz olacaqlar. Bunu mövcud statistika da təsdiqləyir”, - deyə gen mühəndisliyi laboratoriyasının rəhbəri Pavel Volçkov “İzvestiya”ya verdiyi açıqlamasında qeyd edib.
Yüksək dərəcədə piylənməsi olan insanlarda bir qayda olaraq ağciyərlərin işləmə həcmi azalır, bu da xəstəliyin pnevmoniya şəklində inkişafına kömək edir. Seçenov Universiteti Sağlamlıq İdarəetmə Klinikasının dietoloqu Natalya Puqaçeva isə hesab edir ki, xüsusilə yüksək piylənməsi olan insanlar risk altındadır.
Rus mütəxəssislər xarici həmkarlarının məlumatlarına etibar edirlər. Belə ki, Birləşmiş Krallıq ciddi xəstəliklərə yoluxanların sayının təxminən üçdə ikisinin kilolu olduğunu elan edib. Fəsadların ən yüksək riskinə bədən kütləsi indeksi 40-dan çox olan insanlarda rast gəlinir.
Aytən Məftun
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ