Sağlamlıq
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
Çin radioloqları koronavirus infeksiyasının təcili müalicəsinə ehtiyac olduğunu sübut edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "American Journal of Roentgenology" jurnalında dərc olunan araşdırmada deyilir.
Tədqiqatı Çinin Uhu İkinci Xalq Xəstəxanasının həkimi Qo Çyuan Huan aparıb. Diaqnoz və COVID-19 müalicəsi nə qədər erkən olarsa, xəstənin daha tez sağalmaq şansı artır. Bu nəticə kompüter tomoqrafiyası ilə yoluxmuş xəstələrin bir sıra araşdırmalarından sonra verilib.
Həkim Huan və həmkarları koronavirus diaqnozu olan 25 xəstəni iki qrupa bölüb. Birinci qrupa erkən diaqnozla müalicəyə başlayanlar, ikinci qrupa isə digər xəstələr daxil olub. Ardıcıl kompüter tomoqrafiya (KT) müayinəsi sağalma prosesini müşahidə etməyə imkan verib.
Müalicəsi dərhal başlayan xəstələrin xəstəxanada qaldıqları gündən təxminən altı gün sonra sağaldıqları ortaya çıxıb. Müalicəsi gec başlayan xəstələr orta hesabla 13 günə qədər xəstəxanada qalıb. Qo Çyuan Huan bu nəticəyə gəlib ki, vaxtında tibbi müdaxilə xəstəliyin nəticəsinin riskini azaldır.
Bundan əvvəl Çin alimləri COVID-19-a yoluxan xəstələrin koronavirusa qarşı çox güman ki, immunitet qazandıqlarını bildirmişdilər. Lakin xəstəlik ağciyər funksiyasının təxminən 20-30 faiz azalması və ağciyər fibrozunu ehtiva edən nəticələrə səbəb olur. Bu infeksiyadan sağalan xəstədə fiziki fəaliyyət zamanı hipoksemiya (qanda oksigenin miqdarının azalması) və təngənəfəslik əlamətləri ola bilər.
Aytən Məftun
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək