“Ölkədə koronavirusa yoluxma buna görə artdı” - Baş infeksionist DETALLARI AÇDI
Bizi izləyin

Sağlamlıq

“Ölkədə koronavirusa yoluxma buna görə artdı” - Baş infeksionist DETALLARI AÇDI

Koronavirusun aşkar olunmasında əsas üsullardan biri yoluxmanı ortaya çıxaran testin aparılmasıdır. Testlər olmasa, diaqnozun qoyulmasında çətinlik çəkərik. Ola bilər ki, testin nəticəsi birinci dəfə mənfi olsun, ikinci dəfə isə müsbət. Bütün bunlar nəzərə alınmalıdır.

Bunu Publika.az-a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib.

Baş infeksionist bildirib ki, ölkəmizdə yoluxmanın birdən-birə artması verilən tövsiyələrə əməl edilmədiyinə görə olub: “Tövsiyələrə əməl olunmadığı üçün qadağalar daha da sərtləşdirildi. Artıq səbəbsiz yerə çölə çıxanlar cəzalandırılacaq. Bu şəkildə addım atılmasaydı, xəstəlik daha da çox yayıla bilərdi. Əsas məqsəd odur ki, insanların kontakt ehtimalı aşağı ensin, bir-biri ilə kontaktda olmasınlar və yoluxma ehtimalı azalsın. Kontakt çox olarsa, təbii ki, test aparılacaq insanların sayı da çox olacaq. Bu hal sıxlığın yaranmasına səbəb olar ki, bu da xəstəxanalarda yerin olmamasına gətirib çıxarar.

C.İsayev qeyd edib ki, müasir standartlara cavab verən laboratoriyaların istifadəyə verilməsi öz müsbət nəticəsini verir: “Pozitiv test nəticəsinə operativ şəkildə reaksiya verilir. Test nəticəsi müsbət çıxan insanların kontaktda olduğu şəxslər anında araşdırılaraq lazımi tədbirlər görülür. Əsas olan ölkədaxili yoluxmanın qarşısını almaq məsələsidir. Çalışmalıyıq ki,virus pik həddə qalxmasın. Bütün insanlar buna xidmət etməli, koronavirusun qarşısının alınmasına öz töhfəsini verməlidir.

Yoluxmanın 28 günə üzə çıxması ilə bağlı fikirlər də mövcuddur. Ancaq hazırda dünyada 14 gün müddətində karantin rejimində qalmaq qəbul olunub və inkubasiya dövrünün bu qədər olması nəzərdə tutulub”.

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm