Sağlamlıq
Cəlal İsayevdən vətəndaşlara maska ilə bağlı TÖVSİYƏ
Ev şəraitində hazırlanan maskalar aptekdə satılan maskalardan fərqlənir. Ancaq aptekdən almağa imkan və şərait olmadıqda istifadə etmək olar.
Bunu Publika.az-a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib.
Baş infeksionist bildirib ki, maskalardan bir dəfədən çox istifadə etmək təhlükəlidir: “İnsanlar maskanı qaynadaraq və ya dezinfeksiya edərək təkrar istifadə edirlər. Bu halda maska öz əhəmiyyətini itirir. Adi cərrahi maska taxmaq lazımdır. Bunu da toplum yerlərinə gedərkən, qapalı məkanlarda olarkən istifadə etmək olar. Cərrahi maskaları iki saatdan bir dəyişmək lazımdır”.
Cəlal İsayev deyib ki, insanlar virusa yoluxduğunu əvvəlcədən bilmədiyi üçün hər kəsin maskadan istifadə etməsi lazımdır. Çünki yoluxmanın əlamətləri iki həftəyə özünü göstərir. Bu müddətdə də bilmədən ətrafda olan insanları yoluxdura bilərsiniz”.
Baş infeksionist qeyd edib ki, havanın kəskin dəyişməsi yoluxmanın sürətlənməsinə səbəb olmayacaq: “Çünki virus müsbət 5-10 dərəcədə yayılır. Bizdə isə hava o qədər də soyuq deyil. Bir neçə gün sonra yenə havalar istiləşəcək və ümid edirəm ki, xəstəliyin inkişafında durğunluq yaranacaq. Artıq 1-2 ilə biz koronavirusu mövsümi infeksiya kimi qiymətləndirəcəyik”.
Tağı Həsənov
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi