Koronavirus mövsümi xəstəliyə çevriləcək - Alim proqnozlaşdırdı
Bizi izləyin

Sağlamlıq

Koronavirus mövsümi xəstəliyə çevriləcək - Alim proqnozlaşdırdı

Yeni növ koronavirus ehtimal ki, digər koronavirus infeksiyaları kimi mövsümi xəstəliyə çevriləcək.

Publika.az xəbər verir ki, bunu Rusiyanın Epidemiya Əleyhinə Tədqiqat İnstitutun direktoru Vladimir Kutyrev “Rusya 1” kanalında Nail Əsgərzadənin “Təhlükəli Virus 2" filmində danışarkən deyib.

Kutyrevin sözlərinə görə, COVID-19 bəşəriyyətə digər dörd koronavirusla eyni şəkildə təsir edəcək.

Ekspert əlavə edib ki, bu cür pandemiya təzahürləri dünya tarixində təxminən 10 ildən bir baş verir.

Oxşar açıqlama daha əvvəl “Vektor” Dövlət Elmi Mərkəzinin direktoru Rinat Maksyutov tərəfindən verilmişdi. O, hesab edir ki, yeni koronavirus insanları yoluxdurmağa davam edəcək.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm