Məşhur professordan koronavirusla bağlı ŞOK XƏBƏRDARLIQ: 5-10 il çəkə bilər - - VİDEO
Bizi izləyin

Sağlamlıq

Məşhur professordan koronavirusla bağlı ŞOK XƏBƏRDARLIQ: 5-10 il çəkə bilər - - VİDEO

Video əlavə olunub.

xxx

“Koronavirusun müalicəsi ilə bağlı bir çox insan “bunu tapdım, bu effekt verir” deyəcək. Amma hər hansı maddənin dərdə dəva olması onun dərman olacağı mənasına gəlmir. Buna görə də hər dərmana inanmayın”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Akdeniz Universiteti Tibbi Farmakologiya fakültəsinin məşhur professoru Coşkun Usta deyib.

Professor qeyd edib ki, bir dərmanın tam anlamı ilə bazara təqdim edilməsi 5-10 il çəkir: “Bir maddənin əks təsirlərini bütövlükdə araşdırmaq lazımdır. Bu təsirləri isə insan üzərində öyrənə bilməzsiniz. Naməlum maddə əvvəlcə insan üzərində araşdırılmaz. Sadəcə heyvanlar üzərindəki tədqiqatlar 1-2 il vaxt aparır. Buna görə də bir dərmanın bazara çıxması 5-10 il çəkir”.

C.Usta bildirib ki, koronavirusun müalicəsində istifadə olunan bütün dərmanlar daha əvvəl başqa xəstəliklərin müalicəsində istifadə edilib: “Rusiyada tapıldığı iddia edilən dərman da Türkiyədə istifadə edilən preparatın bir növüdür. Rusiyada qızılca xəstəliyinə qarşı verilən dərmanı koronavirus əleyhinə istifadə üçün yoxlayırlar. “Hidroksiklorokin”in yeni tip virusa qarşı effektiv olmasından sonra bu dərmanın da işə yaraya biləcəyini düşünərək sınağa başladılar. Bu sınaq müddəti də leqal deyil. Lakin o qədər ciddi pandemiya yaşayırıq ki, nə yaxşı effekt versə, dərhal sınaqdan keçirilir. Rusların istifadə etdiyi dərmanların psixiatrik əks təsirləri var. Məsələn, depressiya və təşviş ortaya çıxarır. Onsuz da, karantin dövründə insanların psixologiyası sağlam deyil. Bu dərmanın istifadəsi isə vəziyyəti ağırlaşdıra bilər”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm