Virusoloqlar COVID-19-a yoluxmanın ən çox ehtimal olunan üsulunu müəyyənləşdirdi
Bizi izləyin

Sağlamlıq

Virusoloqlar COVID-19-a yoluxmanın ən çox ehtimal olunan üsulunu müəyyənləşdirdi

Bonn Universitetinin virusoloqları koronavirusun hansı yolla daha çox yayılacağını və niyə səthlərə toxunanda xəstələnə bilməyəcəyimizi müəyyənləşdirib.

Publika.az xəbər verir ki, bu barədə “RTL Today” nəşri məlumat yayıb.

Tədqiqat müəlliflərindən biri Hendrik Ştreekin sözlərinə görə, elm adamları qapı tutacaqlarından, telefondan və tualetdən götürülmüş nümunələrdən virusu yetişdirə bilməyib. Buradan belə qənaətə gəlmək olar ki, koronavirusun cisimlərlə təmasda olma riski olduqca azdır.

Bu nəticəni Robert Koch İnstitutu da təsdiqləyib, baxmayaraq ki, əvvəllər COVID-19-un bir neçə günə qədər səthlərdə yaşaya biləcəyi aşkar edilmişdi. Alimlərin fikrincə, bütün tədqiqatlar laboratoriyada aparılır və gündəlik həyatın şərtləri ilə üst-üstə düşmür.

Ştreek insanın bir cisim vasitəsilə necə yoluxa biləcəyinə dair nümunə verib, lakin bu, demək olar ki, real deyil. Məsələn, koronavirusa yoluxmuş adam əlinə öskürdükdən dərhal sonra cisimə toxunsa, digər şəxs də həmin cismə və sonra üzünə toxunarsa, həqiqətən yoluxmuş olacaq.

Nəticədə kütləvi tədbirlərdə insanların uzunmüddətli sıx təması yoluxmanın ən çox ehtimal olunan yoludur, çünki daha çox ehtimal olunan ötürmə yolu yaxın təmasda damcıların inhalyasiyasıdır.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm